Hüseynov Mövlud Ə hmədov Əhməd-Cabir



Yüklə 5,51 Kb.
Pdf görüntüsü
səhifə11/22
tarix05.03.2017
ölçüsü5,51 Kb.
#10317
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

ALMA Ş RƏS -2 
 
Almalar  yuyulur,  təmizlənir  və  ətçəkən  maşından  keçiri-
lir, sərin yerdə bir gün saxlanılır. Sonra şirəni sıxıb 2 gün soyuq 
yerdə  saxlayırlar  ki,  şirə  şəffaflaşsın.  Şirəni  qalın  parçadan 
kisəyə  töküb  süzür  və  cecəni  sıxırlar.  Alınmış  şirəni  5  dəq. 
qaynadır,  quru  və  təmiz  bankalara  tökub  germetik  bağlayırlar. 
Qapağı  üstə  soyuyana  qədər  saxlayıb  qaranlıq  və  sərin  yerə 
qoyurlar. 
 
ARMUD   Ş RƏS  
 
Ş
irə almaq üçün Bere Bosk, Berqamot, Klappın sevimlisi, 
Meşə  gözəli,  Sen-Jermen  və  digər  ləti  bərk  olan  armud 
sortlarından istifadə edilir. Armud şirəsi əsasən alma şirəsi kimi 
hazırlanır. Şirə çox şirin olarsa, dadını xoşagələn etmək məqsə-
dilə  20%  turş  alma  şirəsi  qatmaq  məsləhət  görülür.  Saxlanı-
larkən  armud  şirəsində  azacıq  çöküntü  ola  bilər.  Bu  şirənin 
xarab  olmasını  göstərmir.  Belə  şirəni  içərkən  ehmalca  üst 
hissəsini töküb, qalan şirəni qalın parçadan süzmək lazımdır. 
 
BÖYÜRTKƏN  Ş RƏS  
 
Ş
irə  hazırlamaq  üçün  irigiləli,  şirəli  və  tumu  çox  xırda 
olan  böyürtkən  götürülür.  Böyürtkən  əvvəlcə  taxta  həvənglə 
ə
zişdirilir,  42–45°C  temperatura  kimi  qızdırılır,  4–6  saat  sax-
lanılır, əvvəlcə süzgəcdən süzülür,  yerdə qalan cecə qalın par-
 
130
çadan  kisəyə  tökülüb  üzərinə  ağır  yük  qoyulur.  Kisədə  qalan 
cecənin  üzərinə  qaynanmış  su  (1  kq  giləmeyvə  cecəsinə  1  st) 
ə
lavə edilir, qarışdırılır, 2–3 saat saxlanılır və yenidən preslənib 
sıxılır.  Alınan  şirələr  qarışdırılır,  80–85°C  temperatura  kimi 
qızdırılır.  Bankalara  tökməzdən  qabaq  dördqat  tənzifdən 
süzülür,  yarımlitrlik  bankalar  12–15  dəq.,  litrlik  bankalar  20 
dəq.,  üçlitrlik  balonlar  30–35  dəq.  qaynayan  suda  pasterizə 
edilir. Bankalar laklanmış tənəkə qapaqla (sarı rəngli) germetik 
bağlanıb  qapağı  üstə  qoyulur  və  soyudulur.  Qaranlıq  və  sərin 
yerdə bir ildən çox olmamaq şərtilə saxlanıla bilər. 
 
Ə
ZG L  SUYU 
 
Ə
zgilə  yabanı  halda  Böyük  və  Kiçik  Qafqaz  dağlarının 
meşələrində,  mədəni  sortlarına  isə  həyətyanı  sahələrdə  rast 
gəlmək  olar.  Əzgil  payızın  sonunda  yetişir,  dərilir,  saxlanılıb 
yumşaldılır,  təzə  halda  yeyilir  və  ondan  müxtəlif  məhsullar: 
ə
zgil suyu, əzgil-şərab hazırlanır və duza qoyulur. 
Azərbaycanda  əzgil  suyundan  spirtsiz  içki  kimi  istifadə 
edilir.  Əzgil  suyu  yağlı  xörəklərin  yanında  verilir,  susuzluğu 
yatırtmaq üçün içilir. Yeyilən xörəyin həzminə və mənimsənil-
məsinə  kömək  edir.  Əzgil  suyu  turşaşirin,  meyxoş,  açıq-
çəhrayıya çalan qəhvəyi rəngdə olur. 
Ə
zgil  suyu  hazırlamaq  üçün  ətliyi  bərk  olan  əzgili  top-
layıb  təmiz  yuyur,  küplərə  (emallı  qazana,  mehtərəyə  və  s.) 
ə
zgili  yarıdan  bir  az  yuxarıya  qədər  (qabın  həcminin 
3
/
4
-ü 
qədər)  doldurub,  üzərinə  doluncaya  qədər  su  tökürlər.  Qabın 
ağzını  bərk  bağlayır  və  qapağın  üstünə  ağır  daş  qoyurlar.  Bu 
minvalla  əzgil  suyun  içərisində  25–30  gün  saxlanılır.  Bu 
müddətdə yetişib hazır olur. 
Ə
zgil  suyu  tənzifdən  süzülür,  stəkan  və  ya  qrafinlərə 
tökulüb  sufrəyə  verilir.  Meyvəsi  isə  boşqaba  qoyulub  çərəz 
kimi  yeyilir.  Əzgil  suyundan  Quba–Xaçmaz  bölgəsində  daha 

 
131
çox istifadə edilir. Dadını və ətrini yaxşılaşdırmaq üçün üzərinə 
bir qədər nanə əlavə etmək olar. 
 
G LAS   Ş RƏS  
 
Gilas  sıxlığı  1030  kq/m
3
-dən  və  turşuluğu  1,0%-dən  az 
olmayan şirə verməlidir. Şirə almaq üçün ən yaxşı gilas sortları 
Denisyon  gilası,  Draqon  gilası,  Qoşa  gilasıdır.  Gilas  şirəsi  də 
albalı şirəsi kimi  hazırlanır.  
Gilas şirəsinə albalı şirəsi qarışdırmaq məsləhət görülür. 
             
 
TƏB  MEYVƏ-G LƏMEYVƏ Ş RƏS  
 
Təbii şirəni moruq, çiyələk, üzüm, gavalı, albalı və digər 
meyvə-giləmeyvələrdən  almaq  olar.  Meyvə-giləmeyvə  tam 
yetişmiş,  hətta  yetişib  ötmüş  olmalı,  çürük  və  kiflənmiş 
olmamalıdır.  Təmizlənib  yuyulmuş  meyvə-giləmeyvə  qazana 
və ya üçlitrlik balona yığılır.  ri qazana su tökülüb dibinə taxta 
şə
bəkə  və  ya  2–3  qat  əski  qoyulur,  üzərinə  meyvə-giləmeyvə 
dolu  qazan  və  ya  balon  yerləşdirilib  qapağı  örtülür.  Qazan 
qızdırılır  və  meyvə-giləmeyvə  öz  şirəsini  buraxaraq  həcmi 
azalır.  Üzərinə  dolanadək  meyvə-giləmeyvə  əlavə  edilir  və 
yenidən  qızdırılır.  Meyvə-giləmeyvədən  şirə  tamamilə 
ayrıldıqdan sonra başqa təmiz və quru bankaya ikiqat tənzifdən 
süzülür,  yarımlitrlik  bankalar  5  dəq.,  litrlik  bankalar  10  dəq. 
qaynayan suda pasterizə edilir və germetik bağlanılır. Saxlanma 
dövründə  belə  şirədə  çöküntü  çox  olur.  Şirəni  içərkən 
zövqünüzdən  asılı  olaraq  onu  qarışdıra,  yaxud  da  üst  hissəni 
ehmalca boşaldıb alt hissəni ikiqat tənzifdən süzə bilərsiniz. 
Təbii  meyvə-giləmeyvə  şirəsini  tumu  çıxarılmış  albalı, 
üzüm  və  gavalıdan  hazırladıqda  onu  süzmədən  də  germetik 
bağlayıb konservləşdirmək mümkündür. 
 
 
132
MUST 
 
Must tam yetişmiş üzümün Avropa və hibrid sortlarından 
alınan  sıxılmış  təbii  üzüm  şirəsidir.  Must  əsasən  üzüm  şirəsi 
kimi  hazırlanır,  lakin  şəffaflaşdırılmır,  təzə  halda  içilir  və  ya 
pasterizə edilib izotermiki sisternlərə tökülür. Ev şəraitində onu 
tutumu  3–5  litr  olan  termoslarda  saxlayırlar.  Uzun  müddət 
qalır.  Must  desert  içki  kimi  süfrəyə  verilir.  Müalicəvi 
qidalanmada geniş tətbiq edilir. Mustun rəngi və dadı yaxşı hiss 
olunmalı  və  hazırlandığı  üzümün  sortuna  uyğun  gəlməlidir. 
Quru  maddələrin  miqdarı  14%-dən  az,  turşuluğu  (şərab 
turşusuna görə hesablanmış) 1,0%-dən çox olmamalıdır. 
 
NAR  Ş RƏS  
 
Nar  şirəsi  almaq  üçün  müxtəlif  nar  sortlarından  istifadə  
edilir. Tərkibində olan turşuların miqdarına görə nar sortları  üç 
qrupa  bölünür. 
1.
  Şirin  nar  sortları  –  Şirin-vələs,  Şirin  nar.  Bunların 
turşuluğu 0,9%-dən çox olmur. 
2.
  Turşa-şirin nar sortları – Güleyşə (qırmızı və çəhrayı), 
Ş
ax  nar,  Vələs,  Balamürsəl,  Nazik-qabıq,  Qırmızı-qabıq. 
Bunların turşuluğu 0,9-dan 1,9%-ə qədər olur. 
3.
  Turş nar sortlarının turşuluğu 11,9%-dən artıq olur. 
Nardan  şəffaflaşdırılmış  təbii  və  şəkər  əlavəli  şirə 
hazırlanır.  Təbii  nar  şirəsinin  tərkibində  10-12%-dən  az 
olmayaraq  quru  maddə  və  2,5-2,8%-dən  çox  olmayaraq  üzvi 
turşu  (limon  turşusu)  vadır.  Şəkər  qatılmış  şirədə  14%-dən  az 
olmayaraq şəkər, 2%-dən çox olmayaraq turşu olur. 
Təbii nar şirəsi almaq üçün ən yararlı sort turşa-şirin nar 
sortları hesab edilir.  
 
 
 

 
133
ÜZÜM Ş RƏS -1 
 
Üzüm şirəsi tam yetişmiş saf üzüm gilələrindən presləmə 
üsulu ilə alınıb pasterizə edilmiş spirtsiz içkidir. Üzüm şirəsini 
Rislinq,  Muskat,  Aliqote,  Silvaner,  Rkasiteli,  Lidiya,  Kokur, 
Kaberne, Saperavi, Sereksiya, Qara Pino, Bayan şirə, Voskayet, 
Kaxet,  Plavay,  zabella,  Şasla,  Sarıgilə  və  digər  üzüm 
sortlarından alırlar. 
Üzüm  şirəsi  almaq  üçün  əvvəlcə  üzüm  yuyulur,  yararsız 
gilələrdən təmizlənir. Üzümü puçalı ilə birlikdə və ya gilələyib 
sonra  presləyirlər.  Hər  iki  halda  üzüm  əvvəlcə  əzişdirilir  və 
sonra  preslənir.  Mexaniki  və  vintli  əl  basqısından  istifadə 
etdikdə  üzüm  puçalı  ilə  birlikdə  preslənir.  Şirəni  ətçəkən 
maşından  və  ya  şirəçəkəndən  keçirdikdə  mütləq  gilələyirlər. 
Ş
irənin  çıxarını  artırmaq  məqsədilə  onu  bir  qədər  qızdırmaq 
olar. Alınmış bulanıq şirəni saxlayıb çökdürür və sonra dördqat 
tənzifdən və ya ağ parçadan süzüb təmizləyirlər. 
Süzülmüş şirəni emallı qazanda qaynayana qədər qızdırır, 
kəfini  alıb  sterilizə  olunmuş  litrlik,  ikilitrlik  və  ya  üçlitrlik 
bankalara  tökərək,  ağzını  qaynar  suda  sterilləşdirilmiş  tənəkə 
qapaqla  germetik  bağlayıb  qapağıüstə  soyumağa  qoyurlar.  Bu 
üsulla üzüm şirəsini hazırladıqda əlavə pasterizə lazım gəlmir. 
Ş
irəni süzdükdən sonra onu 75–80°C-dək qızdırır, tənzif-
dən  banka  və  balonlara  süzür  və  alma  şirəsi-1-də  olduğu  kimi 
konservləşdirirlər

 
ÜZÜM Ş RƏS -2 
 
Yetişmiş  təzə  üzüm  gilələnir  və  təmiz  yuyulur.  Qazanın 
3
/
4
-ü həcmində üzüm, üzərinə çıxana qədər isə su tökülür. Vam 
istilikdə  qaynayana  qədər  qızdırılır.  Şirənin  şəffaflığını 
qorumaq  məqsədilə  qarışdırılmır.  Zövqə  görə  bir  qədər  (1  litr 
ş
irəyə  1–2  x.  q.  toz-şəkər)  şəkər  əlavə  edilir,  10–15  dəq. 
qaynadılır.  Qaynar  halda  ikiqat  tənzifdən  süzülür,  quru  və 
 
134
təmiz,  sterilləşdirilmiş  banka  və  butulkalara  doldurulur, 
germetik  bağlanılır  və  dəmləmə  üsulu  ilə  üstü  basdırılıb  2–3 
saat  saxlanılır.  Yerdə  qalan  cecədən  ayrılan  şirə  yenidən 
qızdırılır  və  bankalara  tökülüb  konservləşdirilir.  Bu  üsulla 
başqa meyvə-giləmeyvələrdən də şirə hazırlamaq olar. 
 
LƏTL    Ş RƏLƏR N   ÇEŞ D  
 
Lətli  şirələr  əsasən  karotinlə  (provitamin  A)  zəngin  olan 
meyvə-giləmeyvələrdən (ərik, naringi, gavalı, şaftalı, heyva və 
s.) hazırlanır. Belə şirələrin şəffaflaşdırılması suda həll olmayan 
karotinin  çox  hissəsinin  itkisinə  səbəb  olardı.  Lətli  şirə 
hazırladıqda  meyvə-giləmeyvə  əzişdirilir  və  sürtgəcdən 
keçirilir. Şirənin konsistensiyasını yaxşılaşdırmaq üçün ələkdən 
keçirilir. Lətli şirələrin bir növü də «Maye meyvələrdir». Onlar 
kütlənin  narın  əzilmiş  meyvə  ləti  ilə  qarışığından  ibarətdir. 
«Maye meyvələr»  hazırlamaq üçün alma, ərik, gavalı, çiyələk, 
qara  qarağat,  firəng  üzümü  və  başqa  meyvə-giləmeyvələrdən 
istifadə  edilir.  Bəzən  lətli  şirə  hazırlamaq  üçün  yuyulmuş 
meyvəni  saplaqdan  və  çəyirdəkdən  təmizləyirlər.  Alma  və 
heyvanı  dilimlərə  doğrayır,  60–85°C-yə  qədər  qızdırır, 
sürtgəcdən  keçirib  püre  alır,  çöküntü  verməməsi  üçün 
hemogenləşdirirlər.  Ev  şəraitində  hemogenləşdirilməyə  şirəni 
mikserdə çalmaqla muəyyən qədər nail olmaq olar. 
Müxtəlif  üsullarla  alınmış  lətli  şirəni  şəkər  şərbəti  ilə 
qarışdırırlar.  Şəkər  şərbəti,  xammalın  növündən  və  hazırlanan 
ş
irə  üçün  tələb  olunan  konsistensiyadan  asılı  olaraq  25–50% 
miqdarında  götürülür.  Şəkər  şərbətinin  qatılığı  meyvə-
giləmeyvənin  növündən  asılıdır.  Şirə  bankalara  tökülür,  85–
90°C temperaturda pasterizə edilməklə konservləşdirilir. 
Ev şəraitində hazırlanan lətli şirələr saxlanarkən çöküntü 
verir  və  şirə  iki  hissəyə  ayrılır.  Üst  hissədə  şəffaf  şirə,  alt 
hissədə  püreyəbənzər  kütlə  olur.  Şirə  içilərkən  bankanı 

 
135
açmazdan  qabaq  yaxşı  qarışdırılır  və  iri  qədəhlərdə  süfrəyə 
verilir. 
 
Ç YƏLƏK  Ş RƏS  
 
Çiyələk  şirəsi  hazırlamaq  üçün  Koralka,  Viktoriya, 
Saksovka,  Mısovka,  Komsomolka  sortlarından  istifadə    edilir. 
Ə
sasən  şəffaflaşdırılmış  təbii  və  şəkər  əlavəli  hazırlanır. 
Çiyələk  yuyulur,  saplaqdan  təmizlənir,  şirəçəkən  maşından 
keçirilir  və  yaxud  blenderdə  eynicinsli  kütlə  alınana  qədər  
ə
zilib lətli şirə halına salınır.  
Lətli şirəni qaragilədən, firəng üzümündən, mərsindən və 
quşüzümündən də almaq olar.  
 
Ə
R K Ş RƏS  
 
Başqa  meyvə-giləmeyvələrdən  fərqli  olaraq,  ərik  şirəsini 
ə
zintini  presləyib  sıxmaqla  deyil,  ərik  lətini  ələkdən  sürtüb 
keçirməklə  əldə  edirlər.  Ərik  şirəsini  presləyib  sıxdıqda,  onun 
tərkibindəki  qidalı  maddələrin  və  karotinin  (sarımtıl-narıncı 
rəngli  boya  maddəsi)  miqdarı  azalır  və  karotin  meyvənin 
hüceyrə  şirəsində  həll  olmadığından  əsasən  cecədə  qalır.  Ka-
rotin  insan  orqanizmində  A  vitamininə  çevrildiyindən  ərikdən 
lətli şirə hazırlamaq daha yaxşıdır. 
Ə
rik  tam  yetişmiş  olmalıdır.  Onlar  təmizlənir,  yuyulur, 
çəyirdəyi  çıxarılır  (çoxlu  miqdarda  şirə  hazırladıqda  tumu 
çıxarılmır), qaynar suda 10 dəq. pörtülür; 1 kq əriyə 2–3 st. su 
ə
lavə etmək olar. Ərik pörtüldükdən sonra sudan çıxarılır, xırda 
gözcüklü  ələkdən  sürtülüb  keçirilir.  Ərik  pörtülmüş 
suda 15%-li şəkər şərbəti (850 ml su, 150 q şəkər) bişirilir, 5–
10 dəq. qaynadılıb süzülür.  
Ə
rik  püresi  şəkər  şərbəti  ilə  1:1  nisbətində  qarışdırılır, 
başqa sözlə, 1 litr püreyə 1 litr 15%-li şəkər şərbəti götürülür. 
Püreni  şərbətlə  yaxşıca  qarışdırıb  (sənaye  üsulunda  şirənin 
 
136
çöküntü  verməməsi  üçün  hemogenləşdirilir)  qaynayanadək 
qızdırırlar.  sti  ərik  şirəsini  banka  və  ya  butulkalara  töküb 
yarımlitrlik bankaları 20 dəq., litrlik bankaları 30 dəq., üçlitrlik 
balonları  45–50  dəq.  pasterizə  edirlər.  Bankaları  germetik 
bağlayıb  qapağı  üstə  soyudur,  qaranlıq  və  sərin  yerdə  sax-
layırlar.  Saxlanma  zamanı  çöküntü  verərsə,  istifadə  edərkən 
yaxşı qarışdırılmalıdır.  
 
GAVALI Ş RƏS  
 
Bəzi  gavalı sortları şirin olduğu üçün şəkərsiz, turşaşirin 
gavalılardan isə şəkərlə şirə hazırlanır. 
Gavalı  şirəsi  hazırlamaq  üçün  Macar  gavalısından  (adi, 
ajan və  taliya sortları), Renklod gavalısından (bənövşəyi, yaşıl 
sortlarından),  Üzüm-ərik,  Kirke  və  digər  yerli  sortlardan 
istifadə  edilir.  Meyvələr  seçilir,  yuyulur,  saplağı  və  tumu 
təmizlənir,  əzişdirilib  80–85°C-yə  qədər  qızdırılır.  Sonra  kütlə 
ə
vvəlcə iri gözcüklü, sonra isə xırda gözcüklü ələkdən keçirilir. 
Alınmış  püre  şirindirsə,  tərkibində  12%-dən  az  quru  maddə 
olmamaq  şərtilə  təbii  halda,  yəni  şəkərsiz  konservləşdirilir. 
Ə
gər  gavalı  püresi  turş  Macar  gavalısı  sortlarından  alınmışsa, 
onda  60%  püre  və  40%  şəkər  şərbəti  (23%-li)  əlavə  edilib 
qarışdırılır.  Renklod  gavalısı  sortlarından  alındıqda  isə  70% 
püre və 30% şəkər şərbəti (25%-li) əlavə edilir. Şirə qarışdırılıb 
80°C  temperatura  qədər  qızdırılır,  bankalara  tökülür. 
Yarımlitrlik bankalar 25 dəq., litrlik bankalar 35 dəq., üçlitrlik 
balonlar  60  dəq.  95°C  temperaturda  pasterizə  edilir,  tənəkə 
qapaqla bağlanır, qapağı üstə qoyulub soyudulur. Sərin, quru və 
qaranlıq yerdə saxlanılır. 
 
HEYVA Ş RƏS  
 
Heyva  şirəsi  şəkər  əlavə  edilməklə  heyvanın  turşaşirin 
sortlarından  hazırlanır.  Heyvanın  səthindəki  pənbə  yun  parça 

 
137
ilə  təmizlənir,  yuyulur,  nazik  dilimlərə  doğranılır,  üzərinə  su 
ə
lavə edilib (1 kq heyvaya 2 st.) yumşalanadək bişirilir, əvvəlcə 
süzgəcdən,  sonra  isə  irigözlü  ələkdən  keçirilir.  Alınmış  heyva 
püresi 1:1 nisbətində 30%-li şəkər şərbəti (700 ml su, 300 q şə-
kər) ilə qarışdırılır, başqa sözlə 1 litr heyva püresinə 1 litr 30%-
li şəkər şərbəti əlavə edilir, qarışdırılır, 80°C-yə qədər qızdırılır. 
Yarımlitrlik bankalar qaynayan suda 25 dəq., litrlik bankalar 35 
dəq., üçlitrlik balonlar isə 60 dəq. pasterizə edilir. 
 
QARA-QARAĞAT  Ş RƏS  
 
Qara-qarağat  şirəsi  almaq  üçün  Qoliaf,  Səkkizinci 
Devison, Sentyabr danielyası, həmçinin, məhsuldar Liya, Nea-
politanskaya, Yurevka, Altay staxanovkası, Berendevka sortla-
rından  istifadə  edilir.  Qara-qarağat  sıxlığı  1028-1030  kq/m

olan şirə verməlidir. Qara-qarağat şirəsini lətli və lətsiz hazırla-
yırlar. Bu şirələr təbii və şəkərlə buraxılır. 
 
NAR NG  VƏ PORTAĞAL Ş RƏS  
 
Naringi  və  portağal  şirələri  lətli,  təbii  və  şəkər  əlavəli 
hazırlanır.  Tərkibində  quru  maddə  təbii  şirədə  10%-dən,  şəkər 
ə
lavəli  şirədə  isə  14%-dən  az  olmamalıdır.  Turşuluğu  naringi 
ş
irəsində  0,6-2,0%,  portağal  şirəsində  isə  0,6-2,5%  arasında 
tərəddüd  edir.  Sitrus  meyvələrindən  şirə  aldıqda  çalışmaq 
lazımdır ki, qabıqda olan efir yağı şirəyə keçməsin. Çünki  efir 
yağında  d-limonen  vardır.  Şirənin  saxlanılması  zamanı  üzvi 
turşuların  təsirindən  d-limonen  izomerizasiyaya  uğrayır  və 
pinen əmələ gəlir. Bu isə şirəyə skipidar iyi verir. Ona görə də 
sitrus  meyvələrinin  şirəsində  d-limonenin  miqdarı  0,01%-dən 
çox olmamalıdır. Naringi və potağaldan şirə çıxımı 42%-dir. 
 
 
 
 
138
Ş
AFTALI Ş RƏS  
 
Ş
irə hazırlamaq üçün Qızıl yubiley, Elberta, Nikitin, Nek-
tarin  və  digər  ləti  yumşaq  şirin  şaftalı  sortlarından  istifadə 
edilir.  Şaftalının  səthindəki  pənbə  yun  parça  və  ya  kapronla 
təmizlənir,  yuyulur,  çəyirdəyi  asan  ayrılanların  çəyirdəyi 
çıxarılır, başqa şaftalı sortları dilimlənir, üzərinə su əlavə edilib 
(1  kq  şaftalıya  1,5  st.  su)  yumşalanadək  qızdırılır,  sonra 
sürtgəcdən  və  ya  ələkdən  keçirilir.  Alınmış  püre  şəkər  şərbəti 
ilə qarışdırılır. Bu məqsədlə 55% şaftalı püresi, 45% tərkibində 
20% şəkər olan şərbət götürülür. 550 ml heyva püresinə 450 ml 
şə
kər  şərbəti  qatılıb  yenidən  80–85°C-yə  qədər  qızdırılır, 
bankalara  tökülür  və  heyva  şirəsində  olduğu  kimi  pasterizə 
edilir. 
Lətli şirəni alma, qırmızı qarağat, zoğal, albalı və üzüm-
dən də almaq olar. 
 
QARIŞIQ  Ş RƏLƏR N  ÇEŞ D  
 
Şə
ffaflaşdırılmış  və  lətli  şirələrlə  yanaşı  qarışıq  və  şirin-
ləşdirilmiş şirələr də hazırlamaq olar. Şirələrin qarışdırılması və 
şə
kər  əlavə  edilməsi  onların  dadını  xeyli  yaxşılaşdırır.  Qarışıq 
və  şirinləşdirilmiş  şirələri  hazırlamaq  üçün  bütün  meyvə-
giləmeyvələrdən, hətta tərəvəzdən də istifadə etmək olar. 
Ş
irinləşdirilmiş  şirələri  turş  meyvələrdən  də  (gavalı, 
çiyələk, qara və qırmızı qarağat və s.) hazırlamaq mümkündür. 
Ə
lavə  edilən  şəkərin  miqdarı  meyvə-giləmeyvənin  tərkibində 
olan  üzvi  turşuların  miqdarından  asılıdır.  Turş  meyvə-gilə-
meyvəyə  nisbətən  çox,  turşaşirin  meyvə-giləmeyvəyə  isə  az 
şə
kər əlavə etmək lazımdır.   
Meyvə-giləmeyvənin  pomoloji  sortundan  asılı  olaraq 
albalı  şirəsinə  8–20%,  gavalı  şirəsinə  5–12%,  çiyələk  şirəsinə 
5–10%, 
moruq 
ş
irəsinə 
10–20%, 
meyvə-giləmeyvə 
qarışığından hazırlanmış şirəyə 5–10% şəkər əlavə edilir.  

 
139
Şə
kərsiz  qarışıq  şirə  hazırladıqda  götürülən  meyvə-
giləmeyvənin  tərkibindəki  turşu  və  şəkər  nəzərə  alınır.  Turşa-
ş
irin alma şirəsinə 20% şirin armud şirəsi, şirin armud şirəsinə 
20%  turş  alma  şirəsi,  turş  albalı  şirəsinə  20–30%  şirin  gilas 
ş
irəsi,  turş  alma  şirəsinə  şirin  üzüm  şirəsi  və  s.  elə  nisbətdə 
qatılmalıdır  ki,  hazırlanan  şirənin  şəkər-turşu  əmsalı  yüksək 
dad-tam göstəricilərinə malik olsun. 
Qara və qırmızı qarağat şirələri çox turş olduğundan onla-
rın  dadını  şəkər  əlavə  etməklə  yaxşılaşdırmaq  çətindir.  Belə 
ş
irələri  2:1  nisbətində  su  ilə  qarışdırıb  sonra  şirinləşdirmək 
lazımdır. Bankalara qənaət məqsədilə qara qarağat şirəsini təbii 
halda  hazırlayıb,  bilavasitə  içməzdən  qabaq  su  və  şəkərlə 
qarışdırmaq məsləhətdir. 
Qarışıq  və  şirinləşdirilmiş  şirələri  də  təbii  şirələr  kimi 
pasterizə edirlər. 
 
ALBALI+G LAS  Ş RƏS  
 
Albalı+gilas  şirəsi  hazırlamaq  üçün  ayrı-ayrılıqda  hazır-
lanmış  albalı  şirəsindən  65%,  gilas  şirəsindən  35%  götürüb 
qarışdırır,  tənzifdən  və  ya  gözcükləri  çox  xırda  olan  plastmas 
ə
ləkdən  süzür,  emallı  qazanda  80–85°C  temperatura  qədər 
qızdırır, sterilləşdirilmiş bankalara tökür,  yarımlitrlik bankaları 
10–15  dəq.,  litrlik  bankaları  15–20  dəq.,  üçlitrlik  balonları  30 
dəq.  qaynayan  suda  pasterizə  edirlər.  Başqa  üsulda  şirəni 
qaynayana  qədər  qızdırıb  sterilləşdirilmiş  bankalara  tökərək 
dərhal ağzını germetik bağlayır, pasterizə etmədən qapağı üstə 
qoyub soyudurlar. 
 
ALMA+ALBALI  Ş RƏS  
 
Alma+albalı şirəsi hazırlamaq üçün 80% alma şirəsi, 15% 
albalı  şirəsi  götürülüb  qarışdırılır,  tənzifdən  və  ya  ələkdən 
süzülür,  üzərinə  5%  şəkər  şərbəti  əlavə  edilir.  Şəkər  şərbəti 
 
140
50%-li (1 kq toz-şəkərə 1 litr su) bişirilir. Beləliklə 1 litr qarışıq 
ş
irə almaq üçün 800 ml alma şirəsi, 150 ml albalı şirəsi, 50 ml 
50%-li şəkər şərbəti götürmək lazımdır. 
Ş
irə emallı qazanda 80–85°C temperatura qədər qızdırılır, 
bankalara  tökülüb  qaynayan  suda  pasterizə  edilir.  Şirəni 
qaynayana  qədər  qızdırıb  «isti  halda  tökmə»  üsulu  ilə  də 
konservləşdirmək olar. 
 
ALMA+ARMUD Ş RƏS  
 
Alma+armud  şirəsi  hazırladıqda  istifadə  olunan  alma 
turşaşirin olarsa mütləq şirin armud şirəsi götürülməlidir. Turş 
almadan  qarışıq  şirə  hazırladıqda  mütləq  şəkər  əlavə  etmək 
məsləhətdir.  Alma  və  armud  şirəsi  ayrılıqda  hazırlanır.  80% 
alma şirəsi, 20% armud şirəsi götürülür (1 litr şirə üçün 800 ml 
alma,  200  ml  armud  şirəsi),  qarışdırılır,  tənzifdən  süzülür, 
emallı qazanda qaynayana qədər qızdırılır, kəfi yığılır, yenidən 
ikiqat  tənzifdən  süzülür  və  bankalara  tökülüb  pasterizə  edilir. 
Bu şirəni dəmləmə üsulu ilə də konservləşdirmək olar. 
 
ALMA+ TBURNU Ş RƏS  
 
Alma+itburnu şirəsi üçün alma və itburnudan ayrıca şirə, 
toz-şəkərdən  isə  50%-li  şəkər  şərbəti  hazırlanır.  1  litr  qarışıq 
ş
irə hazırlamaq üçün 700 ml alma şirəsi, 200 ml itburnu şirəsi 
və  100  ml  50%-li  şəkər  şərbəti  götürülür,  qarışdırılır,  emallı 
qazanda  80–85°C  temperatura  kimi  qızdırılıb,  bankalara 
tökülür.  Yarımlitrlik  bankalar  10–15  dəq.,  litrlik  bankalar  15–
20  dəq.  pasterizə  edilir.  Bu  şirədə  itburnu  meyvəsi  lətinin 
çöküntüsü  ola  bilər,  içdikdə  qarışdırmaq  lazımdır.  Vitaminlik 
cəhətdən qidalı və faydalı şirədir. 
 
 
 

 
141
Yüklə 5,51 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin