I Fəsil. Müasir şəraitdə əmək potensialının formalaşmasının nəzəri –
metodoloji əsasları.
1.1
İşçi qüvvəsi, əmək ehtiyatları insan və əmək potensialı anlayışlarının
mahiyyəti və qarşılıqlı əlaqəsi.
İqtisad elmi üçün ənənəvi olaraq insanın əmək məhsuldarlığının
yüksəlməsinə təsiri problemi həmişə diqqət mərkəzində olmuşdur. İnsanın
iqtisadi prosesləri təsiri imkanını müəyyən etmək üçün əsasən “işçi qüvvəsi”,
“əmək potensialı”, “insan potensialı” kimi anlayışlardan istifadə edilmişdir. Bu
anlayışlarla bərabər əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin
edilməsində, istehsal fəaliyyətində, istehsal prosesində İnsanın yeri və rolunun
müəyyən edilməsində “əmək ehtiyatları”, “iqtisadi fəal əhali” anlayışlarından da
istifadə edilir.
“İş qüvvəsi” anlayışı – insanın əmək prosesində sərf etdiyi fiziki, əqli,
zehni, psixi enerjisinin, bilik bacarıq və əmək qabiliyyətinin məcmusudur. İşçi
qüvvəsi isə iş qüvvəsinin sahibi və daşıyıcısıdır. Bu istehsalın formasından,
səviyyəsi və inkişaf mərhələsindən asılı olmayaraq bütün cəmiyyətlərdə
mövcuddur və daima təkmilləşir, inkişaf edir – iş qüvvəsi və ya əmək qabiliyyəti
insanın, onun orqanizminin malik olduğu, hər hansı konkret istehlak dəyərləri
yaradarkən onun sərf etdiyi qabiliyyətlərinin və enerjisinin məcmusudur.
“İşçi qüvvəsi” və “əməjk ehtiyyatları” anlayışları, onların məzmunu,
mahiyyəti ilə bağlı mübahisələr hələ də davam edir. Bəzi iqtisadçı alimlər “İşçi
qüvvəsi” və “əmək ehtiyyatları” anlayışlarını eyniləşdirirlər, bir – birindən o
qədər də fərqlənmədiyini bildirirlər. Lakin iqtisadi ədəbiyyatda bu anlayışların
bir – birindən fərqli olması fikiri ilə çıxış edən alimlər daha çoxluq təşkil edirlər.
Bu fikrin tərəfdarları əmək ehtiyyatlarının tərkibinə həm fəaliyyatda olan
(işləyən), həm də potensial surətdə mövcud olan işçi qüvvəsi daxil edilir.
“Əmək ehtiyatları” anlayışının “işçi qüvvəsi” anlayışından geniş olmasını
belə ifadə etmək olar. Əgər “əmək ehtiyatları” na işləmək qabiliyyətinə malik
olub, həm ictimai istehsalda işləyənləri həm də şəxsi yardımçı və ev
8
təsərrüfatılarında məşğul olanlar daxildir. Başqa sözlə desək, “əmək ehtiyatları”
dedikdə konkret tarixi inkişaf mərhələsində ölkə miqyasında və ya onun ayrı-
ayrı ərazilərində mövcud olan bütün əmək qabiliyyətli əhalinin müəyyən
demoqrafik və kəmiyyət müəyyənliyi, “işçi qüvvəsi” nə isə həmin əmək
ehtiyatlarının həm əmək fəaliyyətində və həm də potensial halda ehtiyatda olan
hissəsi kimi baxmaq lazımdır.
Aparılan tədqiqatlar göstərir ki, XX əsrin ikinci yarısından etibarən daha
çox “əmək potensialı” anlayışı iqtisadi ədəbiyyatlardan daha çox istifadə
edilməyə başlanmışdır. “Əmək potensialı” anlayışı həm “əmək ehtiyatları”,
həm də “əmək qabiliyyətli əhali” kateqoriyalarından öz spesifik xüsusiyyətləri
ilə fərqlənir. Bir qrup müəlliflər (əmək ehtiyatlarını tədqiq edən) əmək potensialı
dedikdə, şəxsi və bütövlükdə insan amillərinin təzahür forması kimi məcmu
əmək qabiliyyətini cəmiyyətin malik olduğu əmək ölcüsünün maksimum imkanı
kimi başa düşürlər.
V.S.Bulanov yazır “... əmək potensialı həm ayrılıqda insanın, həm də
bütövlükdə cəmiyyətin müxtəlif işçi qruplarının bütün əmək imkanlarının
məcmusudur. Əməyin kəmiyyətini və strukturunu müəyyən edən əmək
ehtiyatlarından fərqli olaraq, əmək potensialı onun keyfiyyətini və potensial
imkanlarını xarakterizə edir. Bununla yanaşı bu keyfiyyət tərəfi əmək ehtiyatları
əməkehtiyatları ilə müəyyən vəhdət təşkil edir”
1
(23.səh.10). Tədqiqatlara
əsaslanaraq belə qənaətə gəlmək olar ki. əmək potensialı sosial – iqtisadi,
təşkilati, intellektual, psixofizioloji imkanların məcmusunu kompleks və sistem
halında nəzərdən keçirməyə, bu istiqamətdə əməyin kəmiyyət və keyfiyyət
göstəricilərini müəyyən etməyə imkan verir. Əmək potensialına bu cür yanaşma
insanın əmək fəaliyyətinin bütün mərhələlərində sosial – iqtisadi münasibətləri
əks etdirən bir anlayış kimi xarakterizə etməyə imkan verir.
XX əsrin sonlarından etibarən daha tez- tez iqtisadi ədəbiyyatlarda “insan
potensialı” anlayışı işlədilməyə başlandı. Professor S.M.Muradov yazırdı:
“Hazırda insan potensialı cəmiyyətin başlıca sərvəti və iqtisadi artımının əsas
hərəkətverici qüvvəsi hesab edilir. Çünki, elmi – texniki tərəqqinin sürəti,
9
əməyin təşkili və mədəni səviyyəsi, onun məhsuldarlığı, hər şeydən əvvəl, insan
potensialının kəmiyyət və keyfiyyətindən asılıdır. İnkişaf etmiş ölkələrin
əksəriyyətində artıq belə bir anlayış qətiləşdirilmişdir ki, insanlar üçündür. İndi
həmin ölkələrdə iqtisadi artım, onun sürəti, quruluşu və keyfiyyətinə bir məqsəd
kimi deyil, insanların həyatının zənginləşməsi, intellektual insan potensialının
müntəzəm inkişafı üçün zəruri vasitə kimi baxılır. Təsadüfi deyildir ki, dünyanın
inkişaf etmiş əksər ölkələrində başqa istiqamətlərə nisbətən insan potensialına
qoyulan vəsait daha səmərəli hesab edilir” (6.səh.206-207)
Son illərdən etibarən göstərilən terminlərlə bərabər insan kapitalı
anlayışından da geniş istifadə edilməyə başlanmışdır. Bu anlayışın yaranması
elmin, texnikanın müasir texnologiyaların sürətli inkişafı ilə bağlıdır. İnkişaf
etmiş ölkələrdə kapitalın əsas hissəsi istehsal prosesində yüksək biliyə, bacarığa
və intelektə malik, hərtərəfli peşəkar hazırlıqlı, cəld cə çevik işçilərə tələbatın
artması ilə bağlı, bu cür yüksək qabiliyyətlərin daşıyıcısı olan insanların
hazırlanmasına sərf edilir. Artıq insan kapitalına onun əmək qabiliyyətinin, peşə
- ixtisas hazırlığının, təhsilinin, praktiki vərdişlərinin, təcrübəsinin yüksəlməsi
üçün daha çox kapital sərfinin zəruriyi ilə bərabər, insanın sosial – iqtisadi
tələbatlarının daha dolğun ödənilməsi üçün xərclərin də əlavə edilməsi nəzərdə
tutulur.
Müasir informasiya cəmiyyətinin və inkişafın iqtisadiyyatın mahiyyət və
məzmununu mükəmməl ifadə edə bilən insan kapitalı nəzəriyyəsi keçən əsrin
sonlarında yaranmışdır. Bunun əsaslarını amerikan iqtisadçıları olan Q.Bekker
və T.Sults qoymuşlar, buna görə onlara Nobel mükafatı verilmişdir. Q.Bukker
insan kapitalının insanın əldə etdiyi pul gəlirləri axınına təsir göstərən şəxsi
keyfiyyətləridir. İqtisadi mənbələrdə isə insan kapitalı insanın şəxsi
keyfiyyətlərinin, yəni insanın əməyinin səmərəliliyinə təsir göstərən qabiliyyət
və bacarıqlarının məcmusu kimi şərh edilir.
Müasir dövrdə ölkələrin sosial- iqtisadi inkişaf səviyyəsinin bir – birindən
fərqlənməsi əsasən insan kapitalının inkişaf səviyyəsi və insan kapitalının yığım
norması ilə müəyyən olunur. Belə ki, inkişaf etmiş ölkələrin tarixi təcrübəsi və
10
inkişafı etmiş ölkələrin tarixi təcrübəsi və inkişafı göstərir. İnkişaf etmiş,
ölkələrin innovativ inkişafı intellektual dəyərlərin artmasına yönələn
sərmayələrin qoyulması, insan kapitalının yüksəlməsi və innovasiya fəaliyyəti
nəticəsində
mümkün olmuşdur. Həmçnin İEÖ xammal – resurs
iqtisadiyyatından innovasiya yönümlü iqtisadiyyata keçməsi insan kapitalının
inkişafı ilə bağlıdır.
İqtisadiyyatının inkişafının müasir inkişafına stimul yaradan yenə də insan
kapitalıdır. Inkişaf etmiş ölkələrin, xüsusən ABŞ və Yaponiya iqtisadiyyatı
insan kapitalı nəzəriyyəsi əsasında inkişafa əsaslandığına görə daima
təkmilləşir, rəqabətqabiliyyətliliyi yüksəlir. Hesablamalar göstərir ki, bu
ölkələrin milli sərvətinin əsas hissəsini insan kapitalı müəyyən edir, həmçinin
həmin ölkələrin milli insan kapitalı, onların milli, sərvətinin 70% - dən çoxunu
təşkil edir. Bu o deməkdir ki, İEÖ sosial – iqtisadi inkişafında önəmli yeri təbii
resurslar və sənaye kapitalı deyil, intellektual, yaradıcı və yüksək məhsuldar
əməyi formalaşdıran insan kapitalı oynayır.
İnkişaf etmiş ölkələrdə son illərdə insan kapitalının inkişafına qoyulan
sərmayə qoyuluşları, fiziki kapitala yönəldilən kapitalı xeyli dərəcədə üstəliyir.
İnsan kapitalına yönəldilən sərmayələr əsasən dövlət vəsaitləri hesabına
formalaşır. “Bu göstərir ki, müasirlik baxımdan bir çox ölkələrin zəif inkişafının
və onların sosial – iqtisadi inkişafının geri qalmasının əsas səbəbi insan
kapitalının aşağı olması, onun zəif inkişaf etməsi və innovativ fəaliyyət üçün
əlverişli mühitin olmamasıdır”
3
(3, səh 418)
Əmək potensialının, bütövlükdə insan potensialının formalaşmasında
inkişafında həm işçilərin özləri, həm işə götürənlər, həm də dövlət maraqlı
olmalıdır. Əmək potensialının (insan potensialını) formalaşması və inkişaf
etməsi prosesində mövcud ola biləcək problemlər ayrı – ayrılıqda iş qüvvəsinin
daşıyıcısı olan insanlar, işəgötürənlər təkbaşına həll etmək iqtidarında deyillər.
Belə problemlərə aşağıdakıları aid etmək olar:
1)
Hərtərəfli, yüksək və mükəmməl bilik verə bilən hamı üçün əlçatan
olan ali və peşə hazırlığı sisteminin olub – olmaması;
11
2)
Kadr hazırlığı ilə məşğul olan bütün strukturlarının maddi – texniki
bazasının, peşəkar kadr potensialının olması və təkmilləşməsi;
3)
Təhlilin, elmin, elmi – tədqiqat işlərin keyfiyyətinin yüksəldilməsi
istiqamətində dövlət dəstəyinin olması və bu sahələrə ayrılan maliyyə vəsaitinin
artırılması;
4)
Yüksək bilik və bacarıqlarına peşə hazırlığına malik əmək
qabiliyyətli insanların öz əmək potensiallarından səmərəli istifadə etmələri
istiqamətlərində müvafiq iş yerlərinin yaradılması, xüsusilə daimi iş yerlərinin
yaradılması və s.
Bütöblükdə əmək potensialının formalaşması və inkişafı prosesində
mövcud problemlərin həllində əsas vəzifə dövlətin üzərinə düşür.
Əmək potensialı insanın əmək fəaliyyəti prosesində iştirak etməsi
imkanını xarakterizə edilir. əmək potensialı iki mənbə hesabına formalaşır:
birincisi bu potensial insana təbii, genetik qaydada verilir; ikincisi isə sonradan
əldə edilir inkişaf etdirilir. Təbii, genetik qaydada əmək potensialının
formalaşması o deməkdir ki, insanlar öz istedadları, təfəkkürü, anadangəlmə
qabiliyyətləri,
psixifizioloji
parametrləri
ilə,
həmçinin
yenilikçilik,
təşəbbüskarlıq, kreaktivlik və s. Keyfiyyətləri baxımından eyni cür ola bilmirlər.
Əmək potensialının sonradan formalaşan komponentlərinə işçilərin təhlili, peşə -
ixtisas, yaradıcı potensialı, biliyi, həyat təcrübəsi, mənəvi dəyərləri, işgüzarlığı,
mütəşəkkiliyi və sairəni aid etmək olar.
Əmək potensialını artırmaq əməyin keyfiyyətinin və səmərəliliyinin
yüksəldilməsinin əsas, birinci şərtidir. Əmək potensialının artırılmasında və
reallaşdırılmasında əmək kollektivləri, ailə və dövlət mühüm rol oynayır. Onu
da demək lazımdır ki, bazar sistemi şəraitində bu işin aparılması əsasən ailənin
üzərinə düşür. Hər bir insanın əmək potensialı əmək kollektivlərinin əmək
potensialı, həmçinin bütövlükdə cəmiyyətin əmək potensialı bir – biri ilə birbaşa
qarşılıqlı bağlıdır.
Prof.T.Ə.Quliyev əmək potensialının bir çox geniş əhatəli məsələlərlə
birbaşa bağlı olduğunu yazmışdır:
12
-
“Istehsal amili və şərti kimi;
-
Insanın əmək fəaliyyətinin intensivləşdirilməsinin ilkin şərtlərindən
biri kimi;
-
Istehsalın şəxsi – insan amilinin hərəkəti kimi;
-
əmək qabiliyyətinin məcmusu kimi;
-
sosial- iqtisadi sistemlərin, ünsürü kimi;
-
işçinin fiziki və intellektual potensialının reallaşması kimi;
-
əmək bazarında insan qabiliyyətinin alqı-satqısı obyekti kimi;
-
əhalinin peşə - ixtisaslaşma səviyyəsi kimi
-
əmək kollektivləri və cəmiyyətin sosial resurs fondlu kimi” (13
səh.102-103)
Dostları ilə paylaş: |