I fəSİL. Müasir şəraitdə əmək potensialının formalaşmasının nəzəri metodoloji əsasları


I Fəsil. Müasir şəraitdə əmək potensialının formalaşmasının nəzəri –



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix22.06.2023
ölçüsü1,11 Mb.
#133916
1   2   3   4   5   6   7   8   9   ...   24
H-seynzad-Ceyhun

I Fəsil. Müasir şəraitdə əmək potensialının formalaşmasının nəzəri – 
metodoloji əsasları. 
1.1 
İşçi qüvvəsi, əmək ehtiyatları insan və əmək potensialı anlayışlarının 
mahiyyəti və qarşılıqlı əlaqəsi. 
 
İqtisad elmi üçün ənənəvi olaraq insanın əmək məhsuldarlığının 
yüksəlməsinə təsiri problemi həmişə diqqət mərkəzində olmuşdur. İnsanın 
iqtisadi prosesləri təsiri imkanını müəyyən etmək üçün əsasən “işçi qüvvəsi”, 
“əmək potensialı”, “insan potensialı” kimi anlayışlardan istifadə edilmişdir. Bu 
anlayışlarla bərabər əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin 
edilməsində, istehsal fəaliyyətində, istehsal prosesində İnsanın yeri və rolunun 
müəyyən edilməsində “əmək ehtiyatları”, “iqtisadi fəal əhali” anlayışlarından da 
istifadə edilir. 
“İş qüvvəsi” anlayışı – insanın əmək prosesində sərf etdiyi fiziki, əqli, 
zehni, psixi enerjisinin, bilik bacarıq və əmək qabiliyyətinin məcmusudur. İşçi 
qüvvəsi isə iş qüvvəsinin sahibi və daşıyıcısıdır. Bu istehsalın formasından, 
səviyyəsi və inkişaf mərhələsindən asılı olmayaraq bütün cəmiyyətlərdə 
mövcuddur və daima təkmilləşir, inkişaf edir – iş qüvvəsi və ya əmək qabiliyyəti 
insanın, onun orqanizminin malik olduğu, hər hansı konkret istehlak dəyərləri 
yaradarkən onun sərf etdiyi qabiliyyətlərinin və enerjisinin məcmusudur. 
“İşçi qüvvəsi” və “əməjk ehtiyyatları” anlayışları, onların məzmunu, 
mahiyyəti ilə bağlı mübahisələr hələ də davam edir. Bəzi iqtisadçı alimlər “İşçi 
qüvvəsi” və “əmək ehtiyyatları” anlayışlarını eyniləşdirirlər, bir – birindən o 
qədər də fərqlənmədiyini bildirirlər. Lakin iqtisadi ədəbiyyatda bu anlayışların 
bir – birindən fərqli olması fikiri ilə çıxış edən alimlər daha çoxluq təşkil edirlər. 
Bu fikrin tərəfdarları əmək ehtiyyatlarının tərkibinə həm fəaliyyatda olan 
(işləyən), həm də potensial surətdə mövcud olan işçi qüvvəsi daxil edilir. 
“Əmək ehtiyatları” anlayışının “işçi qüvvəsi” anlayışından geniş olmasını 
belə ifadə etmək olar. Əgər “əmək ehtiyatları” na işləmək qabiliyyətinə malik 
olub, həm ictimai istehsalda işləyənləri həm də şəxsi yardımçı və ev 



təsərrüfatılarında məşğul olanlar daxildir. Başqa sözlə desək, “əmək ehtiyatları” 
dedikdə konkret tarixi inkişaf mərhələsində ölkə miqyasında və ya onun ayrı-
ayrı ərazilərində mövcud olan bütün əmək qabiliyyətli əhalinin müəyyən 
demoqrafik və kəmiyyət müəyyənliyi, “işçi qüvvəsi” nə isə həmin əmək 
ehtiyatlarının həm əmək fəaliyyətində və həm də potensial halda ehtiyatda olan 
hissəsi kimi baxmaq lazımdır. 
Aparılan tədqiqatlar göstərir ki, XX əsrin ikinci yarısından etibarən daha 
çox “əmək potensialı” anlayışı iqtisadi ədəbiyyatlardan daha çox istifadə 
edilməyə başlanmışdır. “Əmək potensialı” anlayışı həm “əmək ehtiyatları”, 
həm də “əmək qabiliyyətli əhali” kateqoriyalarından öz spesifik xüsusiyyətləri 
ilə fərqlənir. Bir qrup müəlliflər (əmək ehtiyatlarını tədqiq edən) əmək potensialı 
dedikdə, şəxsi və bütövlükdə insan amillərinin təzahür forması kimi məcmu 
əmək qabiliyyətini cəmiyyətin malik olduğu əmək ölcüsünün maksimum imkanı 
kimi başa düşürlər. 
V.S.Bulanov yazır “... əmək potensialı həm ayrılıqda insanın, həm də
bütövlükdə cəmiyyətin müxtəlif işçi qruplarının bütün əmək imkanlarının 
məcmusudur. Əməyin kəmiyyətini və strukturunu müəyyən edən əmək 
ehtiyatlarından fərqli olaraq, əmək potensialı onun keyfiyyətini və potensial 
imkanlarını xarakterizə edir. Bununla yanaşı bu keyfiyyət tərəfi əmək ehtiyatları 
əməkehtiyatları ilə müəyyən vəhdət təşkil edir”
1
(23.səh.10). Tədqiqatlara 
əsaslanaraq belə qənaətə gəlmək olar ki. əmək potensialı sosial – iqtisadi, 
təşkilati, intellektual, psixofizioloji imkanların məcmusunu kompleks və sistem 
halında nəzərdən keçirməyə, bu istiqamətdə əməyin kəmiyyət və keyfiyyət 
göstəricilərini müəyyən etməyə imkan verir. Əmək potensialına bu cür yanaşma 
insanın əmək fəaliyyətinin bütün mərhələlərində sosial – iqtisadi münasibətləri 
əks etdirən bir anlayış kimi xarakterizə etməyə imkan verir. 
XX əsrin sonlarından etibarən daha tez- tez iqtisadi ədəbiyyatlarda “insan 
potensialı” anlayışı işlədilməyə başlandı. Professor S.M.Muradov yazırdı: 
“Hazırda insan potensialı cəmiyyətin başlıca sərvəti və iqtisadi artımının əsas 
hərəkətverici qüvvəsi hesab edilir. Çünki, elmi – texniki tərəqqinin sürəti, 



əməyin təşkili və mədəni səviyyəsi, onun məhsuldarlığı, hər şeydən əvvəl, insan 
potensialının kəmiyyət və keyfiyyətindən asılıdır. İnkişaf etmiş ölkələrin 
əksəriyyətində artıq belə bir anlayış qətiləşdirilmişdir ki, insanlar üçündür. İndi 
həmin ölkələrdə iqtisadi artım, onun sürəti, quruluşu və keyfiyyətinə bir məqsəd 
kimi deyil, insanların həyatının zənginləşməsi, intellektual insan potensialının 
müntəzəm inkişafı üçün zəruri vasitə kimi baxılır. Təsadüfi deyildir ki, dünyanın 
inkişaf etmiş əksər ölkələrində başqa istiqamətlərə nisbətən insan potensialına 
qoyulan vəsait daha səmərəli hesab edilir” (6.səh.206-207) 
Son illərdən etibarən göstərilən terminlərlə bərabər insan kapitalı 
anlayışından da geniş istifadə edilməyə başlanmışdır. Bu anlayışın yaranması 
elmin, texnikanın müasir texnologiyaların sürətli inkişafı ilə bağlıdır. İnkişaf 
etmiş ölkələrdə kapitalın əsas hissəsi istehsal prosesində yüksək biliyə, bacarığa 
və intelektə malik, hərtərəfli peşəkar hazırlıqlı, cəld cə çevik işçilərə tələbatın 
artması ilə bağlı, bu cür yüksək qabiliyyətlərin daşıyıcısı olan insanların 
hazırlanmasına sərf edilir. Artıq insan kapitalına onun əmək qabiliyyətinin, peşə 
- ixtisas hazırlığının, təhsilinin, praktiki vərdişlərinin, təcrübəsinin yüksəlməsi 
üçün daha çox kapital sərfinin zəruriyi ilə bərabər, insanın sosial – iqtisadi 
tələbatlarının daha dolğun ödənilməsi üçün xərclərin də əlavə edilməsi nəzərdə 
tutulur. 
Müasir informasiya cəmiyyətinin və inkişafın iqtisadiyyatın mahiyyət və 
məzmununu mükəmməl ifadə edə bilən insan kapitalı nəzəriyyəsi keçən əsrin 
sonlarında yaranmışdır. Bunun əsaslarını amerikan iqtisadçıları olan Q.Bekker
və T.Sults qoymuşlar, buna görə onlara Nobel mükafatı verilmişdir. Q.Bukker 
insan kapitalının insanın əldə etdiyi pul gəlirləri axınına təsir göstərən şəxsi 
keyfiyyətləridir. İqtisadi mənbələrdə isə insan kapitalı insanın şəxsi 
keyfiyyətlərinin, yəni insanın əməyinin səmərəliliyinə təsir göstərən qabiliyyət 
və bacarıqlarının məcmusu kimi şərh edilir.
Müasir dövrdə ölkələrin sosial- iqtisadi inkişaf səviyyəsinin bir – birindən 
fərqlənməsi əsasən insan kapitalının inkişaf səviyyəsi və insan kapitalının yığım 
norması ilə müəyyən olunur. Belə ki, inkişaf etmiş ölkələrin tarixi təcrübəsi və 


10 
inkişafı etmiş ölkələrin tarixi təcrübəsi və inkişafı göstərir. İnkişaf etmiş, 
ölkələrin innovativ inkişafı intellektual dəyərlərin artmasına yönələn 
sərmayələrin qoyulması, insan kapitalının yüksəlməsi və innovasiya fəaliyyəti 
nəticəsində 
mümkün olmuşdur. Həmçnin İEÖ xammal – resurs 
iqtisadiyyatından innovasiya yönümlü iqtisadiyyata keçməsi insan kapitalının 
inkişafı ilə bağlıdır. 
İqtisadiyyatının inkişafının müasir inkişafına stimul yaradan yenə də insan 
kapitalıdır. Inkişaf etmiş ölkələrin, xüsusən ABŞ və Yaponiya iqtisadiyyatı 
insan kapitalı nəzəriyyəsi əsasında inkişafa əsaslandığına görə daima 
təkmilləşir, rəqabətqabiliyyətliliyi yüksəlir. Hesablamalar göstərir ki, bu 
ölkələrin milli sərvətinin əsas hissəsini insan kapitalı müəyyən edir, həmçinin 
həmin ölkələrin milli insan kapitalı, onların milli, sərvətinin 70% - dən çoxunu 
təşkil edir. Bu o deməkdir ki, İEÖ sosial – iqtisadi inkişafında önəmli yeri təbii 
resurslar və sənaye kapitalı deyil, intellektual, yaradıcı və yüksək məhsuldar 
əməyi formalaşdıran insan kapitalı oynayır. 
İnkişaf etmiş ölkələrdə son illərdə insan kapitalının inkişafına qoyulan 
sərmayə qoyuluşları, fiziki kapitala yönəldilən kapitalı xeyli dərəcədə üstəliyir. 
İnsan kapitalına yönəldilən sərmayələr əsasən dövlət vəsaitləri hesabına 
formalaşır. “Bu göstərir ki, müasirlik baxımdan bir çox ölkələrin zəif inkişafının 
və onların sosial – iqtisadi inkişafının geri qalmasının əsas səbəbi insan 
kapitalının aşağı olması, onun zəif inkişaf etməsi və innovativ fəaliyyət üçün 
əlverişli mühitin olmamasıdır”
3
(3, səh 418) 
Əmək potensialının, bütövlükdə insan potensialının formalaşmasında 
inkişafında həm işçilərin özləri, həm işə götürənlər, həm də dövlət maraqlı 
olmalıdır. Əmək potensialının (insan potensialını) formalaşması və inkişaf 
etməsi prosesində mövcud ola biləcək problemlər ayrı – ayrılıqda iş qüvvəsinin 
daşıyıcısı olan insanlar, işəgötürənlər təkbaşına həll etmək iqtidarında deyillər. 
Belə problemlərə aşağıdakıları aid etmək olar: 
1) 
Hərtərəfli, yüksək və mükəmməl bilik verə bilən hamı üçün əlçatan 
olan ali və peşə hazırlığı sisteminin olub – olmaması; 


11 
2) 
Kadr hazırlığı ilə məşğul olan bütün strukturlarının maddi – texniki 
bazasının, peşəkar kadr potensialının olması və təkmilləşməsi; 
3) 
Təhlilin, elmin, elmi – tədqiqat işlərin keyfiyyətinin yüksəldilməsi 
istiqamətində dövlət dəstəyinin olması və bu sahələrə ayrılan maliyyə vəsaitinin 
artırılması; 
4) 
Yüksək bilik və bacarıqlarına peşə hazırlığına malik əmək 
qabiliyyətli insanların öz əmək potensiallarından səmərəli istifadə etmələri 
istiqamətlərində müvafiq iş yerlərinin yaradılması, xüsusilə daimi iş yerlərinin 
yaradılması və s. 
Bütöblükdə əmək potensialının formalaşması və inkişafı prosesində 
mövcud problemlərin həllində əsas vəzifə dövlətin üzərinə düşür. 
Əmək potensialı insanın əmək fəaliyyəti prosesində iştirak etməsi 
imkanını xarakterizə edilir. əmək potensialı iki mənbə hesabına formalaşır: 
birincisi bu potensial insana təbii, genetik qaydada verilir; ikincisi isə sonradan 
əldə edilir inkişaf etdirilir. Təbii, genetik qaydada əmək potensialının 
formalaşması o deməkdir ki, insanlar öz istedadları, təfəkkürü, anadangəlmə 
qabiliyyətləri, 
psixifizioloji 
parametrləri 
ilə, 
həmçinin 
yenilikçilik, 
təşəbbüskarlıq, kreaktivlik və s. Keyfiyyətləri baxımından eyni cür ola bilmirlər. 
Əmək potensialının sonradan formalaşan komponentlərinə işçilərin təhlili, peşə - 
ixtisas, yaradıcı potensialı, biliyi, həyat təcrübəsi, mənəvi dəyərləri, işgüzarlığı, 
mütəşəkkiliyi və sairəni aid etmək olar. 
Əmək potensialını artırmaq əməyin keyfiyyətinin və səmərəliliyinin 
yüksəldilməsinin əsas, birinci şərtidir. Əmək potensialının artırılmasında və 
reallaşdırılmasında əmək kollektivləri, ailə və dövlət mühüm rol oynayır. Onu 
da demək lazımdır ki, bazar sistemi şəraitində bu işin aparılması əsasən ailənin 
üzərinə düşür. Hər bir insanın əmək potensialı əmək kollektivlərinin əmək 
potensialı, həmçinin bütövlükdə cəmiyyətin əmək potensialı bir – biri ilə birbaşa 
qarşılıqlı bağlıdır. 
Prof.T.Ə.Quliyev əmək potensialının bir çox geniş əhatəli məsələlərlə 
birbaşa bağlı olduğunu yazmışdır: 


12 

“Istehsal amili və şərti kimi; 

Insanın əmək fəaliyyətinin intensivləşdirilməsinin ilkin şərtlərindən 
biri kimi; 

Istehsalın şəxsi – insan amilinin hərəkəti kimi; 

əmək qabiliyyətinin məcmusu kimi; 

sosial- iqtisadi sistemlərin, ünsürü kimi; 

işçinin fiziki və intellektual potensialının reallaşması kimi; 

əmək bazarında insan qabiliyyətinin alqı-satqısı obyekti kimi; 

əhalinin peşə - ixtisaslaşma səviyyəsi kimi 

əmək kollektivləri və cəmiyyətin sosial resurs fondlu kimi” (13 
səh.102-103) 

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin