I fəSİL. Müasir şəraitdə əmək potensialının formalaşmasının nəzəri metodoloji əsasları


II Fəsil. Azərbaycanda əmək potensialının formalaşdırılması şərtləri və ona



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix22.06.2023
ölçüsü1,11 Mb.
#133916
1   ...   5   6   7   8   9   10   11   12   ...   24
H-seynzad-Ceyhun

II Fəsil. Azərbaycanda əmək potensialının formalaşdırılması şərtləri və ona 
təsir edən amillər. 
 
2.1. Demoqrafik dəyişikliklərin əmək potensialının formalaşmasına təsiri. 
 
Bir qrup iqtisadçı alimlər “əmək potensialı”, “işçi qüvvəsi” və “əmək 
ehtiyatları” anlayışlarını eyniləşdirirlər. Belə ki, işçi qüvvəsi insanın əmək 
qabiliyyətini nəzərdə tutur, həmçinin əmək ehtiyyatları özüdə əmək qabiliyyətli 
insanlardır. Lakin əmək ehtiyyatları əsasən əhali ilə, onun demoqrafik 
əlamətləri ilə, quruluşu və tərkibi ilə, həmçinin demoqrafik proseslərlə 
əlaqədardır. Əmək ehtiyatları, bir qayda olaraq real deyil, potensial işçi qüvvəsi 
kimi təzahür edir. Həm də, əmək ehtiyatları fəaliyyət göstərən (işləyən) və 
potensial işçi qüvvəsini özündə inteqrasiya etdirir.İşçi qüvvəsinə üstün olaraq 
işləyənlər, məşğul olanlar əmək ehtiyatlarına işləyənlərlə yanaşı işləmək istəyən 
işsizlər də daxil edilir. İş qüvvəsi bir istehsal amili olaraq bütün istehsal 
sistemlərində zəruri fizioloji, psixoloji keyfiyyətlərə, müvafiq bilik, vərdiş, 
ixtisas və peşə təcrübəsinə malikdir. 
Əmək ehtiyyatları keçmiş SSRi – nin iqtisad elmində cari və perspektiv 
planlaşdırmada çox geniş istifadə olunurdu. Bundan fərqli olaraq Beynəlxalq 
Əmək Təşkilatının sənədlərində insan resursları, əmək potensialı, insan 
potensialı, insan kapitalı kimi ifadələr daha çox işlədilmişdir və işlədilir. Həm 
əmək ehtiyatları, həm də əmək potensilaı sonda insan resurslarınınn ifadəsi kimi 
özünü göstərir. İşçi qüvvəsinin hərəkəti ilə bağlıdır. Əhalinin hərəkəti isə 
demoqrafik siyasətdə əsas yer tutur. İşçi qüvvəsinin hərəkəti aşağıdakılarla 
əlaqədardır. 
- Cəmiyyətin və iqtisadiyyatın strukturu; 
- Elmi – texniki tərəqqinin tətbiqi səviyyəsi; 
- Iş yerlərinin dinamikliyi və intensivliyi; 
- İşçi qüvvəsinin ilkin və yenidən bölüşdürülməsi; 
- əhalinin miqrasiyanın intensivliyi amilləri ilə təbii hərəkəti; 


27 
- əmək fəaliyyətinin dəyişilməsi qanunun fəaliyyəti; 
- məhsuldar qüvvəsinin inkişaf səviyyəsi və s. 
İqtisadi fəal əhaliyə hər hansı bir əmək fəaliyyətini icra etmək üçün öz iş 
qüvvəsini təklif edə bilmək imkanı olan əhali hissəsi aid edilir. Buna həm də işçi 
qüvvəsi də deyilir. Bu qrup əhaliyə həm məşğul olanlar, həm də işçilər də daxil 
ola bilər. Qeyri – iqtisadi, fəal əhaliyə isə faktiki iqtisadi fəal əhaliyi (işçi 
qüvvəsinə) daxil olmayan əhali qrupları daxil edilir. Buraya əyani təhsil alan 
tələbələr, yaşa görə və güzəştli təqaüd alanlar, əlilliyə görə pensiya alanlar, 
uşaqlara və xəstələrə qulluq edənlər, iş axtarmağa dayandıran, işləməyi zəruri 
hesab etməyənlər və s. aid edilir. 
Ölkəmizdə son dövrlərdə əmək ehtiyatlarının dinamikası, dəyişməsi, 
iqtisadi fəal və qeyri – iqtisadi fəal əhali arasındakı nisbətlərdə dəyişikliklər 
olmuşdur. Bunu aşağıdakı cədvəldən görmək olar. 

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin