Epizootologiyası:Difillobotrioz təbii ocaqlı xəstəlikdir.Balıqlar əsasən yaz və yayda yoluxurlar. Parazitin əsas sahibləri-insan və ətyeyənlər pleroserkoid sürfələri ilə yoluxmuş balığı yedikdə yoluxurlar.
Kliniki əlamətləri: Difillobotrilər öz sormacları ilə insan və heyvanın bağırsağını zədələyir, çox sayda helmintin toplanması nəticəsində bağırsqda keçməməzlik əmələ gəlir.Parazitin mexaniki və toksiki təsiri səbəbindən sinir refleksi reaksiyası baş verir ki, bu da mədənin və digər orqanların funksiyasını pozur, küçüklərdə isə süs düşmə və konvulsiyalı (qıcolma) sinir pozğunluğu əmələ gətirir. Maddələr mübadiləsi pozulur. Xəstələrdə ümümi zəiflik, qusma, mədə də ağrılar, ifrazatın pozulması, qan azlığı müşahidə edilir.
Diaqnozu:Diaqnoz hiposulfidin doymuş məhlulu istifadə edilməklə Fülleborn üsulu ilə sestodun yumurtalarını və yaxud kalda növbəli yuma üsulu ilə buğumların tapılması əsasında qoyulur. Ölmüş heyvanlarda bağırsaq şöbəsi bu sestoda görə müayinə edilir.
Müalicəsi: Arekolin, fenasal, filiksan, bunamidin, prazikvantel, felbendazol və digər preparatlar işlədilir.