Epizootologiyası:Hər yerdə yayılmışdır.Yoluxma ən çox aran və dağətəyi diyar-larda qeyd olunur.
Kliniki əlamətləri:Bu sestod iri olduğuna görə intensiv yoluxmada bağırsaqda keçməməzlik(tıxanma) əmələ gəlir.Sinir pozğunluğu, zəif yoluxmada isə mədə-bağırsaqda iltihab, qusma, qan azlığı, arıqlama müşahidə edilir.
Diaqnozu:Kalda helmintin yetgin buğumlarının olmasına, ölmüş heyvanlarda isə bağırsaqda parazitin özünün tapılmasına əsasən diaqnoz qoyulur.
Müalicəsi:Digər seozlarda olduğu kimi arekolin, fenasol, bunamidin və digər preparatlarla dehelmintizasiya aparmaq lazımdır.
Profilaktikası:Xəstəliyin mənbəyi olan gəmiricilərlə mübarizə (derotizasiya) apar-maq lazımdır.Mezosestoidin tetratrid sürfələri ilə yoluxmuş heyvanların orqanları-nın pişiklərə,itlərə verilməsi qadağan olunmalıdır.İnsektisidlər işlədilir.