Nematodlar və ya dəyirmi qurdlar-(Nematoda) sinfi
Qarnıkirpikli qurdlar-(Gastrotrcha) sinfi
Kolovratkalar-(Kotatoria) sinfi
Qilqurdkimilər (Nematomorpha və ya Gordiacea) sinfi
Tikanbaşlılar (Acanthocephala) sinfi
Baytarlıq əhəmiyyətinə malik Nematodasinfinə 8 yarımdəstə aiddir:
1.Oxyurata
2.Ascaridata
3.Strongylata
4.Trichocephalata
5.Spirurata
6.Filariata
7.Dioctophymata
8.Rhabditata
İlk bədənboşluqlular və ya dəyirmi qurdlar –Nemathelmintes tipi.
Bu tip-qurdların ən böyük və ən müxtəlif qrupudur.Aşağıdakıları tipin ümumi əlamətləri kimi göstərmək olar:
İlkbədən boşluqlular adlandırılan bu qurdların bədən boşluqları vardır.
Yastı qurdlardan fəqli olaraq, bunların böyük əksəriyyəti ayrı cinslidir.
Həzm sistemində bağırsaq və anal dəliyi inkişaf etmişdir.
Dəri-əzələ kisəsi qismən reduksiya etmiş və ya bəzi qruplarda tamamilə itirilmişdir.Dəri-əzələ kisəsi bir qayıda olaraq dörd boylama lent şəklində hissələrə bölünmüş boylama əzələlərdən ibarətdir.
İfrazat sistemi ya tamamilə yoxdur, yaxud da dəri vəzlərinin şəkildəyişməsi tipində qalmışdır.Bu tipin böyük qrupu sərbəst həyat keçirir;şirin sularda, dəniz və okeanlarda, torpaqda yaşayır. Bir çox növləri bitgi, heyvan və insanın müxtəlif orqan və toxumalarında parazitlik etməyə uyğunlaşmışlar.
Helmintlərin praktiki toksiki və mexaniki təsirlərin vəhdətindən orqan və toxumalara mikrob ötürməsindən, sahibin orqanizmində hazır məhsulların hesabına qidalanıb yaşamasından ibarətdir.
İmmunoloji reaksiyaların formaları orqanizmin helmint antigenləri ilə, sensibiləşdirmə səviyyəsindənasılı olub, heyvanların boyatma, inkişaf və məhsuldarlığına ciddi təsir göstərir.
Helmintozların inkişaf mexanizmində zəhərli maddələrin toksiki təsiri mühüm rol oynayır.Bütün helmintlər orqanizmə mexaniki təsir göstərir.Parazit-lər dəridə, bağırsaqda, beyində, əzələdə, ağciyərdə məskən saldıqda-dişicik, tikancıq, xortumcuq və qarmaqcıqları vasitəsilə toxumaları zədələyir.Parazitlə-rin bağırsağa və kapilyarlara dolması, bəzən onların tıxanması, partlaması və əmələ gələn mürəkkəbləşmələr sayəsində ölümlə nəticələnir.
Helmint və onların sürfələri zədələnmiş toxumalara bakteriya, virus, ibtida-iləri keçirərək xəstəlik prosesini kəskinləşdirir və ağırlaşdırır.İnvaziya hallarına proses şiddətləndikcə infeksion xəstəliklərin törədiciləri üçün griş qapsı açır.
Dostları ilə paylaş: |