I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi


PARAZITOLOGIYANIN QISA INKIŞAF TARIXI



Yüklə 180,23 Kb.
səhifə3/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   2   3   4   5   6   7   8   9   ...   129
PARAZİTOL.-kitabı-son

PARAZITOLOGIYANIN QISA INKIŞAF TARIXI

Parazitizmin geniş yayılmış bir hadisə olmasına baxmayaraq, XVII əsrə kimi parazitlərin təsnifatı və onların bioloji elmlər sırasında yeri məlum deyildi.

Parazit orqanizmlər heyvanlar aləminin ümumi sisteminə daxil edildikdən sonra parazitlərin hərtərəfli öyrənilməsi bir problem kimi qarşıya qoyulmuşdur.

Məşhur alman alimi Leykart (1822-1899). 1870-ci ildə belə bir fikir irəli sürmüşdür: - parazit dedikdə “başqasının hesabına yaşayan və onda sığınacaq tapan orqanizmlər” nəzərdə tutulur. Bundan sonra bir çox parazitoloqlar: -Minchin, 1912; Dobel, 1919; Yakimov, 1931; Xolodkovski, 1933 və başqaları. Leykartın parazitizmə verdiyi tərifə, parazitin sahib orqanizə “zərər verməsi” anlayışını da əlavə etməyi təklif etmişlər.

K.İ. Skrabinə görə (1998) parazitizm orqanizmlər arasında gedən elə bir qarşılıqlı münasibət formasıdır ki, burada iştirak edən bioloji fərdlərdən biri parazit, digəri isə sahibin bədənin səthində, yaxud toxuma və orqanlarında daimi və ya müvəqqəti yaşayır, sonuncunun hesabına qidalanaraq əvəzində ona heç bir xeyir vermir.

Rusiyada parazitologiya sərbəst bir elm kimi mövcud deyildi. Ölkədə elə bir institut yox idi ki, orada parazitologiya məsələləri öyrənilsin. Bu kurs orta və ali baytarlıq məktəblərində, həkimləri təkmilləşdirmə institutlarında keçilmirdi.

Doğrudur bəzi alimlər (K.A.Rudolfi, R.Leykart, Q.F.Kuxenmeyster, P.S.Pallas, İ.İ.Meçnikov, E.A.Ostrovski, L.F.Borovski, A.D.Fedrenko, D.L.Romanovski, S.N.Kamenski, N.A.Xolodkovski və b.) zoologiya, baytarlıq və təbabətin bəzi məsələləri ilə əlaqədar olaraq parazitologiyanın bəzi problemləri ilə maraqlanırdılar. Buna baxvayaraq mütəxəssis parazitoloqlar demək olar ki, yox idi. Ali məktəblərin buraxdığı kadrlar invazion xəstəliklərə qarşı zəif hazırlıq keçirdilər.

1910-cu ildə K.İ. Skryabin Baytar həkimlərinin Ümumrusiya Qurultayında parazitologiya kafedralarının açılmasının vacib olduğunu göstərdi. 1916-cı ildə yazdığı məqalələrində göstərirdi ki, zooparazitlər bir çox invazion xəstəliklərin baş verməsində mühüm rol oynayırlar və ona görə də institutların tərkibində parazitologiya kafedralarının açılması vacibdir.

1917-ci ildə Novoçerkasski (Don Kənd Təsərrüfatı İnstitutu) Baytarlıq İnstitutu nəzdində Rusiyada ilk dəfə parazitologiya kafedrası təşkil olundu ki, onun ilk professoru 2 may 1917-ci ildə K.İ.Skryabin seçildi. Bu baytarlıq təhsilində çox böyük yenilik idi. 1920-ci ildə Skryabin Moskvaya köçür və burada Moskva Zoobaytarlıq İnstitutunda parazitologiya və invazion xəstəliklər kafedrası təşkil edir. (Hazırda Skryabin adına Moskva Baytarlıq Akademiyası). Ilk dəfə təşkil edilən bu kafedra bütün inkişaf yollarını özü təyin etməli, bütün görüləcək işləri yenidən qurmalı idi. Parazitologiyaya aid heç bir kurs, dərslik, dərs vəsaiti, metodik göstəriş, əyani vasitə yox idi.

Parazitologiyanın inkişafı K.İ.Skryabinin adı ilə bağlıdır. Helmintologiya onun tərəfindən yeni əsaslar üzərində qurulmuşdur. Saysız-hesabsız ekspedisiyalar nəticəsində K.İ.Skryabin tərəfindən ölkənini qısa bir müddət ərzində helmintfaunası öyrənildi. Bir çox yeni helmintlər aşkar edildi. Onların inkişaf mərhələləri, onlara qarşı mübarizə tədbirləri öyrənildi.

K.İ.Skryabin keçmiş SSRİ-Elmlər Akademiyasının həqiqi üzvü, Lenin adına Kənd Təsərrqfat Akademiyasının üzvü, keçmiş SSRİ-Tibb Elmləri Akademiyasının üzvü, habelə bir sıra xarici akademiyaların üzvü olmuşdur. K.İ.Skryabin keçmiş Umumittifaq Helmintologiya İnstitutunu təşkil etmişdir ki, bura hal-hazırda onun adını daşıyır.

Baytarlıq parazitologiyasının inkişafında professor V.L.Yakimov böyük rol oynamışdır.

O 1919-cu ildə Sankt-Peterburq (Leninqrad) Baytarlıq İnstitutunda parazitologiya kafedrası təşkil etmiş və burada yeni parazitoloq kadrları hazırlamağa başlamışdır. O bir çox baytar həkimləri bioloqlar hazırlamışdır. Öz əməkdaşları ilə birlikdə o 120-dən artıq protozoa xəstəlikləri törədicilərini öyrənmiş, təsvir etmiş, onların müalicə vəprofilaktikasını göstərmişdir.

A.B.Beliser və A.A.Markovun rəhbərliyi altında Umumittifaq Eksperimental Baytarlıq İnstitutunda bir çox parazitoloqlar yetişmişdir.

Parazitologiyada araxnoentomoloji sahənin inkişafında akademik E.H.Pavloviskinin böyük xidmətləri olmuşdur. O keçmiş SSRİ-nin ən ucqar yerlərinə gedərək buğumayaqlıları öyrənmiş, onların törətdiyi xəstəlikləri ətraflı təsvir etmişdir.

Ümumi parazitologiya V.A.Dogel tərəfindən yeni istiqamətdə inkişaf etdirilmişdir. O balıq və vəhşi heyvanların parazitologiyası sahəsində çox böyük işlər görmüş, yeni nəsl parazitoloqlar yetişdirmişdir.

Hal-hazırda bir çox xarici ölkələrdə parazitologiyanın nəzəri və praktiki cəhətləri öyrənilir. Müxtəlif jurnallar çap olunur, simpoziumlar, konfranslar, qurultaylar keçirilir. Parazitoloqların qarşısında duran yeni-yeni məsələlər müzakirə edilir, yeni inkişaf yolları axtarılır.

İ.Pavlovski (1934) parazitizmi xarakterizə edərək göstərir ki, parazitlər orqanizmdən bir mühit kimi istifadə edir.

V.Dogel (1947) İ.Pavlovskinin fikirlərini əsas tutaraq parazitə belə tərif verir: “Parazit dedikdə başqa orqanizmdən qida və yaşayış mühiti kimi istifadə edən və xarici mühitlə əlaqəsini sahibə həvalə edən orqanizmlər başa düşülür.”

İ.Pavlovskinin yaratdığı transmissiv xəstəliklərin təbii ocaqlığı haqqında təlim (1939, 1964) geniş əks-səda vermişdir. Məhz buna görə də malyariya xəstəliyi praktiki olaraq ləğv olunmuşdur.

MDB ölkələrində malyariyanın ləğv olunmasında P.Serqiyevin və İ.İsayevin böyük xidmətləri olmuşdur. 1960-cı illərin sonunda antroponoz dəri leyşmaniozu Orta Asiya və Zaqafqaziya respublikalarında ləğv edilmişdir.



P.Pallas helmint və həşəratları ətraflı təsvir edib, onların yumurtalarında gələcək inkişafın başlanğıcı olan sürfələri aşkara şıxarmışdır.

XIX əsrin ortalarında O.Ostrovski exinokokkoz və multiseptoz törədicilərinin inkişaf siklini aydınlaşdıraraq, parazit qurdların özbaşına yaranması haqqında fikirlərin əsassız olduğunu sübuta yetirdi.

Parazitar xəstəliklərin əksəriyyəti Azərbaycan şəraitində ətraflı öyrənilmişdir.

Azərbaycanda kənd təsərrüfatı heyvanları və quşların helmintozlarını ilk dəfə akademik K.Skryabinin rəhbərliyi ilə A.Petrov, D.Antipin, A.Qayıbov, M.Cavadov, T.Skarbiloviç; ibtidailərin törədiciləri xəstəlikləri V.Yakimov, C.Nikolski, N.Zolotaryev, N.Kolavski,balıq parazitlərini və onların törətdikləri xəstəlikləri isə O.Orim, V.Dogel, B.Bıxovski, N.Neçayev öyrənmişlər.

Sonrakı dövrlərdə respublikamızda parazitologiya elminin müxtəlif sahələri ilə S.Əsədov, Q.Qasımov, Z.Şahtaxtinskaya, Y.Hacıyev, R.Bilalov, R.Eminov, V.Qarayev,F.Qurbanov, N.Şirinov, İ.Sadıxov, T.Mikayılov, A.Məmmədov, F.Mustafayev, N.Feyzullayev, S.Vahidova kimi yüksək ixtisaslı alimlər məşğul olmuş, çox vacib parazitoloji problemləri həll etmişlər.

Ayrı-ayrı helmintozların öyrənilməsi sahəsində S.Əliyev, Y.Seyidov, Y.Məlikov, Ç.İsmayılov,C.Sailov, A.Səmədov, Ə.Məmmədov,F.Mustafayev, T.Bağırov, Q.Gülgəzli, Q.Hacıyev, A.Xəlilov, X.Abdullayeva, A.Əliyev, S.Axundov, H.Əliyev, N.Əsədov, Ə.Mehrəliyev, Ş.İbrahimov, Ə.Heydərov, H.Paşayev, M.Keyserovskaya, Y.Fətəliyev,E.Qocayev, Q.Fətəliyev, P.Cabbarov və başqaları tərəfindən hərtərəfli tədqiqatlar aparılmışdır.

1903-cü ildə ilk dəfə Bakı şəhəri və Göygöl (Xanlar) rayonunun Zurnabad kəndində heyvanların qan-parazitar xəstəliklərinin və onların amillərini keçirən gənələrin öyrənilməsi ilə Azərbaycanda protozoologiya elminin əsası qoyulmuşdur.

1931-ci ildə Azərbaycanda təşkil olunmuş Elmi-Tədqiqat Baytarlıq İnstitutunun protozoologiya şöbəsinin əməkdaşları respublikamızda heyvan və quşların protozoy xəstəliklərini elmi əsaslarla öyrənmək üçün elmi-tədqiqat işlərinə başlamışlar. Şöbənin əməkdaşları bir sıra ekspedisiyalar zamanı köçəri qoyunçuluqda piroplazmidozları keçirən gənələrə qarşı qoyunların mərgümüş məhlulu ilə dezinseksiya (dezinvaziya) (vannalarda) çimizdirilməsini təklif etmişlər.

Azərbaycanda V.Yakimov, M.Musayev, D.Mirzəbəyov, M.Əzimov, N.Əbusəlimov, N.Baboşina, Ə.Ağayev, A.Hacıyev, Ə.Möhsümzadə, Ə.Həsənov, E.Qafarova, İ.Zamanov, M.Hümbətov, A.Qocayev, K.Mirzəbəyov qan-parazitar xəstəliklərinin amillərini keçirən gənələrin bioekoloji xüsusiyyətləri, yayılması, amillərin növ müxtəlifliyinin biologiyasını öyrənmiş, onlara qarşı müalicə-profilaktika tədbirləri işləyib hazırlamışlar.

Ə.Mustafayev, A.Qəmərli, G.Bağırov, F.Əmirxanov, C.Cabbarov, F.Ə.Mustafayev heyvanların, quşların və sənaye əhəmiyyətli xəzdərili heyvanların oraxno-entomoloji xəstəliklərini və bir çox ektoparazitlərini ətraflı öyrənmişlər.

Azərbaycanda parazitoloji tədqiqatlar AMEA Zoologiya İnstitutunda, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan AETBİ-da, ali məktəblərin müvafiq kafedralarında və ADAU-nin epizoologiya, mikrobiologiya və parazitologiya kafedrasında həmçinin ADAU-nin bitkiçilik və bitki mühafizəsi kafedrasında tədqiqatlar aparılır və tədris olunur.


Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin