Törədicisi: İtlərin , pişiklərin, ətyeyən və xəzdərili heyvanların bağırsağında parazitlik edən Dipyliidum caninum adlı lentşəkilli sestodhelmintdir. Parazitin uzunluğu 35-40 sm, eni isə 3 mm olmaqla 120 buğumdan ibarətdir.
Biologiyası:İtin və digər əsas sahiblərin kalı ilə helmintin buğumu xarici mühitə düşür. Hər buğumda içərisində 10-20-30-a qədər yumurta olan kisəcik-kapsul vardır.Xarici mühitdə həmin kapsul partlayır, yumurtaları birələr və tükyeyənlər udur,onların orqanizmində yumurta inkişaf edib, invazion sürfələrə sistiserkoidlərə çevrilirlər. Sisitiserkoidlərlə yoluxmuş birə tükyeyənləri heyvanlar yoluxurlar.