Epizootologiyası:Teniidozlar bütün diyarlarda fermalarında , kpçəri heyvandarlıq təsərrüfatlarında , dağətəyi zonalarda itlər daha çox yoluxurlar. Fermalarda kəsilmiş və ölmüş heyvanların teniidilərin sürfə-qovuq formaları ilə yoluxmuş orqanları zərərsizləşdirmədən itlərə verildikdə, itlər daha çox yoluxurlar. İtlərin teniidilərlə yoluxması bütün ilboyu baş verir. Yayın sonu və payızda itlərin bağırsağında teniidilərin intensivliyi nisbətən yüksək olur.
Diaqnozu:İtlərin kalında adi gözlə teniidilərin buğumlarına, kaprologiya üsulları ilə isə yumurtalara görə müayinə edilir.
Müalicəsi:İtlər fenosal, bunamidin, areokolin,prazikvantel,fenbendazol və digər sestoisid preparatlarla dehelmintizasiya edilməklə müalicə olunurlar. Profilaktikası:teniidilərin sürfə-qovuq formaları ilə yoluxmuş daxili orqanları itlərə verilməməli,zərərsizləşdirilməli və yandırılmalıdır.