Kliniki əlamətləri:Anus nahiyyəsində gicişmə olur, ona görə də dovşan arxa hissəsini döşəməyə, qəfəsə sürtür, xəstələrdə ishal, kalın selikli olması,şiddətli arıqlama, qanlı ifrazat, sancılanma müşahidə edilir və ölüm baş verir.
Diaqnozu: Kliniki əlamətlərə, fülleborn üsulu ilə kaproloji müayinəyə, bəzən anus ətrafında, kalda qurdun özünün görünməsi, ölmüş dovşanların bağırsağında passalurusların tapılmasına, düz bağırsaqda, anus nahiyyəsində patoloji dəyişiklik-lərə əsasən diaqnoz qoyulur.
Müalicəsi:-Piperazin yaşlı dovşanlara 1 dəfə 1kq diri çəkiyə 0,5 qr, cavanlara isə onları analarından ayırdıqdan sonra 0,75 qr hesabı ilə 2 dəfə yemlə verilir.Fenotiazin yaşlı dovşanlara bir dəfədə 1 kq diri cəkiyə 1qr, cavanlara isə 1,5 qr, hesabı ilə 2 gün dalbadal yemlə verilməlidir. Hər iki preparat xırda doğranmış çuğundur, yer kökü və digər yemlərə qarışdırıb,12-20 saat aclıq dietasından sonra fərdi və yaxud qrup halında işlətmək lazımdır.
Dostları ilə paylaş: |