I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi



Yüklə 180,23 Kb.
səhifə51/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   ...   47   48   49   50   51   52   53   54   ...   129
PARAZİTOL.-kitabı-son

Sistiserkoid:-aralıq sahib olan fəqərəsiz heyvanlarda məs: həşəratlarda və s. yaşayır.

Exinokokk:-kisə şəklində olan larvosistdir. Bu sürfələr axırıncı sahibin bağırsağında inkişaf edib,yetkinləşir. Bunların ifraz etdikləri yumurtadan aralıq sahibin bədənində larvosist əmələ gəlir.


EXİNOKOKKOZUN DİAQNOSTİKASI VƏ MÜBARİZƏTƏDBİRLƏRİ
Coxhüceyrəlilər yarımaləmi:Metazoa

Teniidiozlar:Hansı ki,itlər və (son) digər ətyeyən heyvanlar törədicilərin axırıncı sahibidirlər.
Tip-Plathelmintes

Sinif-Sestoidea

Ailə-Taeniida

Dəstə-Taeniida

Yarımdəstə-Taeniata

Cins-Exhinoccus

Növ-Qranulosis
Exinikokkoz-antropozoonozlara aid olmaqla, əsasən qoyun,keçi, iri buynuzlu heyvanlar,donuz,dəvə,maral,at və ətyeyyənlərin qaraciyərində,ağciyərində və digər orqan-larında parazitlik edən Echinokokkus qranulosis adlanan yastı helmintin sürfəsidir.(aralıq sahiblər) Helmintin cinsi yetkin mərhələsi 3-4 buğumdan ibarət olub,2-8 mm-ə qədər uzunluğundadır. Axırıncı buğumda 600-800 ədəd yetkin yumurta olur. Başcıq üzərində 4 sormac və xortum vardır. Xortum üzərində 2 cərgə ilə düzülmüş 35-40-a qədər qarmaq yerləşir. Strobilanın 1-ci buğumu kiçik,2-ci buğumu1-ci dən 4 dəfə iri və 3-cü yetkin buğum isə daha uzun və enlidir. Yetkin buğum cinsi dəliyə malik olduğundan yumurtalar mütəmadi olaraq sahibin bağırsağına tökülür. Yetkin mərhələ itlərin,tülkülərin,canavarın və digər vəhşi heyvanların bağırsağında parazitlim edir.( Axırıncı sahib)İnsanda sürfə mərhələsi yaşayır ,qara və ağciyərdə,şişlər, bəzən uşaq başı boyda şiş əmələ gətirir.

Biologiyası. Axırıncı sahibin it,pişik,çaqqal,tülkü,canavar və s.həzm sistemində yaşayan yetkin mərhələnin buraxdığı yumurtalar və ya yumurtalarla dolu olan yetkin buğum sahibin kalı ilə birlikdə xarici mühitə düşür. Exinokok yumurtaları xarici mühit amillərinə çox davamlı olub, xarici mühitdə uzun müddət yaşama qabiliyyətini saxlayır. Su və ot vasitəsiylə aralıq sahib –qoyun,keçi,qaramal,insan və s. tərəfindən udulan yumurta həzm sisteminə düşür, yumurtadan çıxan sürfə bağırsağın divarından qana keçir və qan vasitəsiylə daxili orqanlara gətirilir vəburada exinikok qovuğu əmələ gətirir. Qovuğun böyüklüyü 10-20 sm-ə qədər olur. Çox zaman bir aralıq sahibində çoxlu exinikokk qovuqları yaranır. Qovuğun içərisi rəngsiz maye və külli miqdarda exinokokk rüşeymləri ilə başcıqlarla dolu olur. Exinokokklu orqan axırıncı sahiblər (pişik,it,çaqqal,canavar vəs.) tərəfindən yeyildikdə yoluxma baş verir. Mədə bağırsağa düşmüş qovuq içərisindəki başcıqlar sahibin bağırsağına yapışır və yetkin mərhələyə çevrilir.İnsan exinokokkla it və pişiklərdən, bəzən iri və xırda buynuzlu heyvanlarından yoluxur. Beləki, axırıncı sahibin buraxdığı yumurtalar it,pişik,yaxud qoyun,keçi və inəklərin tüklərinə yapışır. İnsan it və pişiyi tumarladıqda , iri və xırda buynuzlu heyvanlara qulluq etdikdə yumurtalar onun əlinə yapışır və natəmizlik nəticəsində udulur. Bəzən də exinokok yumurtaları müxtəlif vasitələrlə su və qida içərisinə düşür və insan tərəfindən udulur. Mədə bağırsağa düşmüş yumurtadaç çıxan onkosfer sürfə hematogen və limfogen miqrasiya yolu ilə ağ və qara ciyərə gəlir və orada exino-kok qovuğu əmələ gətirir.

Patogenezi-Bu parazitin daha çox mexaniki təsiri olur. Exininokokun kisəsi tədricən böyüyüb,ətrafında olan toxumalara təsir edib.onları atrofiyalaşdırır.


Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin