Sanitar qiymətləndirmə.Əgər cəmdək və daxili orqanlar exinokokla şiddətli yoluxubsa utilizasiya edilir.Yalnız daxili orqanlar və az hissə cəmdək yoluxubsa, onda daxili orqanlar və cəmdəyin yoluxmuş hissəsi utilizasiya edilir,cəmdəyin qalan hissəsi isə istifadəyə verilir.Laboratorya və digər işçilər özlərini yoluxmadan qorumaq üçün bütün qaydalara riayət etməlidirlər.Müayinə məsləhət görülmür.
Profilaktikası.1) Xidməti itlər, ov itləri, şəxsi itlər ildə 4 dəfə hər kvartalda bir dəfə dehelminizasiya edilməlidir.Tədbir hər kvartalın eyni vaxtında aparılmalıdır.
2)Sahibsiz it və pişiklər tələf edilməli, saxlanılması vacib olan it və pişiklər baytar həkimləri tərəfindən müayinədənkeçirilməlidir.
3)Exinokoklu daxili orqanların it və pişiklərə atılmasına qəti yol verilməməli, belə orqanlar yandırılmalı və ya dərin basdırılmalır.
4)Uşaqların it və pişiklərlə oynamasının qarşısı alınmalıdır.
5)Yeməkdən qabaq əllərin sabunla yuyulması adətə çevrilməlidir.
Dostları ilə paylaş: |