QUŞLARIN DAVANEOZU
Tip-Plathelmintes
Tip-Sestodoses
Sinif-Sestoidea
Yarım dəstəsi-Davaineata
Fəsiləsi-Davainea
Cinsi-Davainea
Növü- Proqlottina
Lakalizasiyası.Onkibarmaq bağırsaq. Əsas sahibləri-ev və hind toyuqları, vəhşi quşlar. Aralıq sahibləri-quru ilbizləri.
Törədicisi-Davainea proqlottina çox xırda sestod olmaqla 0,5-1,5mm uzunluğunda, 2-5 buğumdan ibarətdir.Törədicinin dördkünc formalı başcığı, xortumunun üzərində iki cərgə qarmaqcıq(80-90) ədəd yerləşmişdir.Sormaclar yumuru qarmaqcıqla təchiz olunmuşdur.
Biologiya.Çanaqsız quruda yaşayan ilbizlər aralıq sahib kimi iştirak edirlər.Kal ilə xaric olunmuş buğumları və ya ondan səpələnmiş yumurtalrı ilbizlər yeyir, ilbizin bədənində 20-22 gündə inkişaf edib invazion sürfələrə sistiserkoidlərə çevrilirlər. Toyuqlar və ya hind toyuqları yedikdə onların bağırsağında sistiserkoidlər 12-16 gün inkişaf edib, yetgin helmintə cevrilirlər.
Dostları ilə paylaş: |