Klinik əlamətləri: Heyvanlarda yoluxmanın ilk 2 ayında yemdən qalma, süstlük, qusma, ishal,tənginəgəslik, göz qapaqları və ətrafların şişməsi nəzərə çarpır. İnsanlarda xəstəlik çox ağır keçir, əsasən ürək bulanması, qusma, baş və qarın ağrısı, ayaqlarda ağrı, orqanizmin müxtəlif yerlərində şişlər müşahidə edilir. Bəzən insanlar əzələ ağrısı əlamətləri ilə xəstəliyi uzun müddət illərlə çox ağır keçirirlər, ölüm də çox olur.
Patoloji-anatomik dəyişikliklər. Donuzların nazik bağırsaqlarında epiteli xovlarının və selikli təbəqənin pozulması, qabarması, qaraciyərdə qansızma, piy şişlərinin əmələ gəlməsi müşahidə edilir. Ürək əzələsində beyində qara və ağciyərlərdə fimfoid hüceyrələrinin və eozinofillərin infiltratından əmələ gəlmiş düyüncüklər olur. Yoluxmuş heyvanda miozitin və sürfə ətrafında birləşdirici toxumadan əmələ gəlmiş kapsulanın, onun daxilində isə spiral şəkilli sürfəninolması trixinellyoz üçün səciyyəvi patoanatomik əlamətdir.
Diaqnozu.Ölmüş və kəsilmiş donuzların və başqa heyvanların diafraqma ayaq-cıqlarından və qabırqaarası əzələsindən götürülmüş nümunələrə kompessor üsulu ilə trilinelloskopda baxmaqla müəyyən edilir.Ət kombinatlarında hal-hazırda trixi-nelloskopiya süsusi aparatla aparılır.Çox vaxt trxinella sürfələrinə kirəcləşmiş kapsula daxilində rast gəlmək olur.Bu kapsullar 1-2 saat 10%-li duz turşusunda saxlanılaraq şəffaflaşdırılır və sonra bir damcı qliserin içərisində müayinə edilir. Əzələ nümunələrini süni mədə şirəsində əridib müayinə apardıqda çox yaxşı nəticə alınır.Əzələdə tapılan trixinella sürfələrini cavan sistiserllərdən fərqləndirmək lazımdır.
Müalicə.Heyvanlarda öyrənilməmişdir.İnsanlarda mentozol preparatı parazitin bütün inkişaf mərhələrinə təsir edərək,bağırsaqda cinsiyyət yetişgənliyinə çatmamış formaları öldürür, cinsi yetgin formalarda nəsilverməni aşağı salır.Ancaq kapsullaşmış sürfəyə az təsir edir.Preparatla müalicəni parazit insana yoluxandan 2-3 həftə sonra başlamaq lazımdır.Preparat gündə 2 dəfə, hər dəfə 25 mq/kq miqdarında 10 gün müddətində aparılır.
Prafilaktika.Əsas profilaktik tədbir donuzların yoluxmasının qarşısını almaq, tre-xinellyozdan ölmüş it, pişik və digər heyvanların yandırılmasıdır.Satışa buraxılan ətin mütləq trexinə görə yoxlanılmasıdır.Trexinellyoza görə qeyri-sağlam təsərrü- fatlarda aşağıdakı tədbirlər aparılmalıdır:
Donuzçuluq və xəzdərili heyvan fermalarının, yaşayış məntəqələrinin əraziləri zibildən, tullantılardan, ölmüş gəmiricilərdən,pişik,it cəsədlərindən təmizlənməli, və yandırılmalı, sahibsiz it və pişiklər məhv edilməlidir.
İtlərin və digər xırad ətyeyənlərin, habelə trixinellarla yoluxmaya həssas quşların cəmdəklərinin donuzlarla, xəzdərili heyvanlara yem kimi verilməsi qadağan olun-malıdır.Bütün donuzların, habelə trixinellyozu həssas heyvanların insanın qidası üçün istifadə olunması cəmdəyi əti, mütləq trixinelloskopiyadan keçrilməlidir.
Heyvan kəsmə müəssisələri, ət və yeyinti məhsullarına nəzarət stansiyaları (baz-zarlarda) trixinellyoz aşkar edildikdə uyğun baytarlıq və tibb idarələrinə məlumat verməli, məlumatda trixinellyoz aşkar edilmiş heyvanın hansı məntəqəsinə mənsub olması göstərilməlidir.
Dostları ilə paylaş: |