Epizootologiyası.Geniş yayılmış helmintozdur. Donuzlar nəm otlaqda otarılanda yoluxma daha çox olur.Metastrongilus yumurtalarının 6-8 ay müddətində davamlı olmağı, onların sürfələrinin soxulcanda 4 ilə qədə diri qalmamları xəstəliyin geniş yayılmasına səbəb olur.
Kliniki əlamətləri:Xəstələr süstləşir, başlarını aşağı dikib bir yerdə durur, öskürür yemdən imtina edirlər,arıqlayırlar,tənəffüs çətinləşir.Cavanlar da ölümdə baş ve-rir.Cəmdəkçox arıq,solğun, dərisi göyərmiş olur.
Diaqnozu:Kaproliji müayinə ilə qurdun yumurtalarının, ölmüş heyvanların ağ ciyər və bronxların da metostrongilusların tapılmasına əsasən qoyulur.
Müalicəsi: Nilverm 20 kq-a qədər çəkisi olan çoşqaların hər başına 0,1 qr, 50 kq-dan yuxarı olanlara 0,25 qr, qrupda 20-50 kq arasında olan donuzlara isə 5mq 1 kq diri çəkiyə yemlə 1 dəfəyə verilir. Göstərilən dozalar preimaginal məqsədlə 2 dəfə, 2 gün müddətində, müalicə məqsədiylə 3 dəfə 3 gün müddətində verilməlidir. Nilvermlə preimaginal dehelmintizasiya təxminən yoluxmanın başlanğıcından 30-35 gün sonra aparılmalı, ondan sonrakı bütün otlaq dövründə isə hər 30-35 gündən bir dehelmintizasiya təkrar edilməlidir.Fenbendazol (panakur,fenkur) hər 45-50 kq diri çəkiyə 1 qr miqdarında işlədilməlidir.
Profilaktikası: Donuz damı, ərazilər hər gün peyindən təmizlənməli və hər 10 gündən bir dezinvaziya edilməlidir.( hər hansı bir preparatdan) Soxulcanların ferma ərazisində toplanmasının qarşısını almaq məqsədiylə döşəmə ilə torpaq arasında boşluq olmasına imkan verilməməlidir. Gəzinti sahəsi betonla və ya asfaltla döşənməlidir. Donuzlar otlaqlara yağışdan sonra buraxılmamalı, çoşqalar yaşlı donuzlardan ayrı saxlanmalı, ferma çoxlu soxulcan olan sahədən quru sahəyə, soxulcan olmayan sahəyə köçürülməlidir.