Yarımdəstə-Ascaridata Lokalizasiyası-Nazik bağırsaq,bəzəndəmədə.Törədicisi: Donuzların nazik bağır-sağında bəzən də mədəsində parazitlik edən Ascaris suum adlanan nematoddur. Erkəklərin uzunluğu 10,5-22 sm, dişilərinki isə 23-30 sm-dir.Parazitlər ağ rəngdə olurlar.
Biologiyası:Askaridlərin bağırsaqda tökdüyü yumurtalar ( sutkada 100000-200000min) kal ilə xaric olur, münasib istilikdə (+18-380 Stem) ,10-30gün,bəzən də 2 ay müddətində inkişaf edib, daxilində invazion sürfə əmələ gəlir.Donuzları yolux-durmaq qabiliyyətinə malik invazion yumurtalar çox davamlı olur, torpaqda 1ilvə daha çox diri qalırlar.Belə yumurtaları yemlə udmuş donuzların bağırsağında yumurtadan çıxmış sürfələr bağırsaq qan damarlarına, oradan da qanla qaraciyərə, ürəyə və nəhayət qan kapilyarlarını deşərək ağ ciyərə düşürlər. Ağ ciyərdə sürfələr 5-6 gün inkişaf edir, sonra bəlğəmlə udularaq yenidən bağırsağa düşürlər. Bağır-saqda sürfələr 2-3 ay inkişaf edib, cinsi yetişkın askaridə çevrilirlər və bağırsaqda 5-10aya qədər yaşayırlar. Donuzlar invazion askarid yumurtalarını udmuş yağış qurdlarını (soxulcanları) yedikdə də yoluxurlar.