I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi



Yüklə 180,23 Kb.
səhifə70/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   ...   66   67   68   69   70   71   72   73   ...   129
PARAZİTOL.-kitabı-son

Epizootologiyası.Bütün diyarlarda (zonalarda) yayılmışdır. Ərazisində qarışqa yuvaları çox olan quşçuluq təsərrüfatlrında, fermalarda, əhalinin fərdi təsərrüfatla-rında yayılmışdır.Yoluxma yayda baş verir, xəstələnmə isə əsasən sentyabr-noyabr aylarında müşahidə edilir. Bütün yaş qruplarında olan quşlar yoluxurlar, lakin cavan quşlar rayetinozu daha ağır keçirirlər.

Klinik əlamətləri.Rayetinozun iti forması cavan quşlarda baş verir, 1-7 gün davam edir.Quşlar kölgədə büzüşüb durur.Komatoz hala düşüb, çox vaxt tələf olurlar.Xro-niki formada solğunlaşma, sarılıq, pipiklərin göyərməsi, ishal, bəzən qəbzlik, çətin tənəffüsalma,boyunlarını uzatmaq kimi əlamətlər müşahidə olunur.Belə quşların çox hissəsi tələf olur.

Diaqnozu.Kalı helmintin buğumlarına görə növbəli yuma üsulu ilə müayinə etməklə və ölmüş quşların bağırsaqlarında echinobathridalarıntetraqonaların tapıl-masına əsasən qoyulur.

Müalicəsi.Fenasol 1 kq diri çəkiyə 0,2 qr hesabı ilə 2 gün dalbadal, filiksan 1 kq diri çəkiyə 0,5 qr hesabı ilə fərdi olaraq bir dəfə və ya yemlə 7 gün müddətində verilməlidir. Albendazol 10 mq /kq hesabı ilə işlədilir.Bu hesabla vermitanın 20%-li qranulu hər 10 kq kütləyə 15 qr miqdarında 3 gün dalbadal işlədilməlidir.Hər dehelmintizasiyadan sonra quşlar damda 2 saat müddətində saxlanmalı, həmin müddətdə xaric olmuş peyin zərərsizləşdirilməlidir.

Profilaktikası.Ferma ərazisi təmiz saxlanılmalı, hər həftə ferma əsaslı mexanik təmizlənmədən sonra binalar, gəzinti sahələri 3-5%-li kreolin emulsiyası ilə və ya-xuddigər dezinvaziyaedici vasitələrlə dezinvaziya edilməli, hər gün toplanmış peyin biofermiki üsulla zərərsizləşdirilməli və ferma ətrafı ərazidə qarışqaların ya-şaması şəraiti məhdudlaşdırılmalıdır.

Profilaktiki və müalicəvi məqsədlə hər ildə 2 dəfə, yazda və payızda dehilminti-zasiya aparılmalıdır. Qarışqaların yoluxmasının qarşısını almaq və gələcəkdə inva-ziya mənbəyini ləğv etmək məqsədilə qış aylarında, yaşlı toyuqlar bir dəfə də dehl-mintizasiya edilməlidir.





Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin