Biologiyası. İnsanın fekalı ilə helmintin xaric olunmuş buğumlarından (1000-ə qədər) ətraf mühitə yumurtalar yayılır, onları donuzlar yem və su ilə udduqda, yumurtadan çıxmış rüşüyimlər qanla əzələ düşür inkişaf edib finnalara cevrililir. İnsanlar sistiserklərlə yoluxmuş donuz ətini yaxşı bişməmiş və yarı çiy halda yedikdə yoluxurlar.
Taenia solium-qarmaqlı kəpənək qurdu və ya donuz soliterisi adlanır. Roman dilində Taenia-lent sarğı; solium isə günəş deməkdir, bu da başında olan qarmaqların günəş şüaları kimi düzülməsinə görə deyilir.Strobilanın (gövdəsinin, bədəninin) uzunluğu 1,5-3 metrdir. Başı 0,6 mm dən 2 mm-diametrə qədərdir. 4ədəd çarpazlaşmış sorucusu vardır. Baçın təpəsində 22-32 ədəd ikiqat qarmaq olur. Buğumu hermofrodit olub, qarmaqsız kəpənək qurdundan ancaq balalığının inkişafına görə fərqlənir. Qarmaqlı qurdun balalığında qarmaqsız kəpənək qaudu üçün xarakterik olan 2 hissədən başqa, əlavə bir kiçik hissə də vardır. Qarmaqlı qurdun yumurtası qarmaqsız qurdun yumurtası kimidir. Parazitin yumurtalarla dolu olan axırıncı buğumu bədənindən ayrılır və axırıncı sahibin bağırsağından kənara çıxır. Qarmaqsız kəpənək qurdunun buğumları həm defekasiya zamanı,həm də defekasiyadan sonra xaricə çıxır. Çünki, bu buğumlar sahibin bədənində sərbəəst hərəkət edə bilir. Qarmaqlı kəpənək qurdlarının buğumları isə yalnız nəcislə xaricə çıxır. Hər bir buğumun daxilində külli miqdarda yumurta olur. Bu yumurtalar həmin buğum xarici mühitdə dağıldığı zaman yayılır. Rüşeym yumurtanın içərisində tamamiylə formalaşır. Buna görə də onun xarici mühitdə inkişaf etməsinə ehtiyyac olmur. Rüşeym parazitin yumurtasını və ya buğumu udmuş müvafiq aralıq sahibin bədənində sürfəyə çevrilir. Ararlıq sahibin bağırsağında rüşeym yumurtadan çıxır və bağırsaq divarının qan kapilyarlarına soxulur. Rüşeymin əsas hissəsi əzələarası birləşdirici toxumaya daxil olaraq orada sistisek və ya finna adlı sürfəyə çevrilir. Sistiserk(finna) kiçik,içərisi şəffav maye ilə dolu qovuqcuqdan ibarət olub, onun divarlarına, içəriyə burulmuş başcıq (skoleks) birləşir. Başçığın nazik boyuncuğu vardır, quruluşca yetişmiş parazitin başçığına oxşayır . Sistiserk 2-4 ay ərzində formalaşır, 3-6 il yaşaya bilir. Sistiserk ancaq son sahib olan insanın bağırsağında iri parazitə çevrilir. Sistiserk insanın bağırsağına düşdükdə həzm şirələrinin təsiri ilə skoleks öz kisəsindən çıxaraq bağırsağın divarına yapışır və həmin başcıqdan buğumlar əmələ gəlməyə başlayır.2-4 aydan sonra isə yetişmiş, iri parazitə çevrilir. Bu parazitlər insanın bağırsağında 10 illərlə yaşayır.
Patogenezi:Parazitin sahibin (insanın) orqanizminə göstərdiyi toksiki təsir əsas rol oynayır. Parazitin mexaniki təsirini qeyd etməliyik. Helminlər öz sorucuları ilə bağırsağın selikli qişasını sıxır, həmin selikli qişanın qan dövranını pozur və onu zədələyir. Bunlar bağırsaq divarının tamlığını pozmaqla bağırsaqdakı mikrob florasının toxumalara keçməsinə səbəb olur. Soliterilər bağırsaqlarda olan vitaminli qida maddələrini sorur və onların hesabına yaşayır. Bu da endogen hipovitaminozun əmələ gəlməsinə səbəb olur.
Klinikası: İnsanlarda teniidozların klinikası çox müxtəlif şəkildə olur. Tenididozların simtomokomppleksində sinir sistemində pozğunluqlar baş verir. Xəstələr ürək bulanmasından, bəzən qusmadan, mədə qıcqırmasından , iştahanın pozulmasından , qarın nahiyyəsində ağrılardan, nəcisin duru olmasından şikayət edirlər. Tenidiozlar zamanı əsəbilik, diqqətsizlik,yuxusuzluq, baş gicəllənməsi müşahidə edilir. Donuzlarda elə bil klinik əlamət müşahidə edilməyir.
Diaqnozu: Diaqnoz qoymaq üçün nəcisin mikroskopik tətbiqinə və buğumların aşkara çıxarılmasına əsaslanmaq lazımdır. Kəsilmiş donuzların əti, xüsusiylə çiyin-kürək əzələləri, ürəyi,dili finnalara görə müayinə edilməlidir.