ATLARIN DELAFONDİOZU
Tip-Nmathelmintes
Sinif-Nematoda
Ailə-Strongylata
Yarım dəstə-Strongylata
Cins-Delafondia
Delafondioz atların nematodoz xəstəliyi olub,helminləri sürfəsi tərəfindən damarların zədələnməsi,qan dövranının pozulması, bağırsaqların zədələnməsi və s. atların ölümü ilə səciyyələnir.
Törədicisi:Delofondia vulqaris parazitin sürfələridir. Bu sürfələrin uzunluğu 6 mm-dən 20 mm-dək olur. Parazitin yetkin forması ypğun bağırsaqda parazitlik edir,uzunluğu 24 mm-ə qədər olur.
Biologiyası: Helmintin yumurtaları kalla xaric olduqdan sonra ,onlardan sürfələr çıxır və 5-9 gündən sonra invazion olurlar.
Həmin sürfələr ot vasitəsiylə at tərəfindən udulur, bağırsağın selik təbəqəsini deşir,qan kapilyarlarına keçir və arteriyalara miqrasiya edirlər. Parazitlər qanın əks istiqamətində hərəkət edərək tromblar əmələ gətirirlər və həmin tromblarım içində 5-6 ay ərzində inşaf edərək 20 mm uzunluğunda sürfələrə çevrilirlər. Sonra sürfələr trombları dağıdaraq qan vasitəsiylə yoğun bağırsağın divarına keçirlər. Burada müxtəlif düyünlər əmələ gətirir və bu düyünlərin içərisində 3-4 həftə inkişaf edib, bağırsaq boşluğuna keçir,yetkin helminə çevrilirlər. Parazitin atın orqanizmində tam inkişafı 6-8 ay çəkir.
Dostları ilə paylaş: |