Epizootologiyası: Bütün zonalarda yayılıbdır.Atlar yazda və yayda yoluxurlar. Yetkin anoplosefalidlər bağırsaqda yayın sonu və payızda müşahidə olunur. Ən çox cavanlar yoluxurlar.
Kliniki əlamətləri:Dayçalarda halsızlıq,iştahsızlıq,yuxululuq,komatik hal,başın geriyə çevrilməsi müşahidə olunur. Xəstəliyin ağır formasında təngnəfəslik, sinir pozğunluqları,titrəmə, sancılanma, yerə yıxılıb eşələnmə və s. əlamətlər görünür. Çiddətli qan azlığı, arıqlama çox hallarda ölüm baş verir. Ölmüş atların bağırsağının selikli təbəqəsini hiperemiyalı olur, sestodların bağırsaq divarına yapışdığı yer nazilir, bəzən yara-deşilmə olur.
Diaqnozu:Kliniki əlamətlərinə, kaproliji müayinəyə, ölmüş heyvanlarda peritonit və bağırsaq partlamasına və bağırsaqda sestodların tapılmasına əsasən qoyulur.
Müalicəsi:Fenasal 1 yaşa qədər dyçalarda hər kq diri çəkiyə 0,2 qr, 2 yaşa qədər dayçalara 0,25 qr, yaşlı atlara isə 0,3 qr hesabı ilə isladılmış yarma və ya qarışıq yemlə verilməlidir. Dehelmintizasiyadan əvvəl heyvanlar-atlar 12 saat ac saxlanılmalıdır.