Profilaktikası: Cavan heyvanları yaşlılardan ayrı saxlamaq, ildə 2 dəfə iyul-avqust aylarında və payızın sonunda profilaktik məqsədlə dehelmintizasiya aparmaq lazımdır.
ATLARIN ONXOSERKOZU Tip-Nemathelmintes
Sinf-Nematoda
Ailə-Filariidae
Yarım dəstə-Filariata
Cins-Onchoerca
Növü-Retuculata
Növü-Cervicalis Törədicisi: Atların ətraflarının bükülü vətərlərində,dəri altında, oynaq, boyun bağlarında parazitlik edən Onchocerca retuculata və Onchocerca cervicalis adlanan nematodlardır. Olduqca nazik və uzun, erkəklərin ölçüsü 25-30sm, dişilərin uzunluğu isə 80 sm-dən 1 m-ə qədər olur. Ağımtıl rəngdə olurlar.
Biologiyası:Onxoserklərin inkişafında ağcaqanadlar(Culicoides növü) aralıq sahibi kimi iştirak edirlər.
Kliniki əlamətləri: Atların çiynində,çənəsində,boynunda,belində kiçik və böyük quş yumurtası böyüklükdə düyünlər olur. Bəzən düyünlər partlayır,irin axır. Ətraflarda,oynaq vətərlərində onxoserklər parazitlik etdikdə atlar axsayır, narahatlıq,arıqlama müşahidə edilir. Belə atlar çıxdaş edilir.
Diaqnozu:Dəyidə düyün yaraların olması və yaralarda sapşəkilli girdə qurdların tapılması əsasında diaqnoz qoyulur.
Müalicəsi: Bir sıra yeni nematodositpreparatlar ivomek,faskoverm və s. işlədilir. Düyün və açıq yaralarda cərrahi əməliyyatlar və simptomatik müalicə aparılmalıdır.
Profilaktikası:İnsektisid preparatlar işlətməklə atları ağcaqanadlardan qorumaq, onları gecə otarmaq lazımdır.