Profilaktikası: Xəstəlik hər il qeyd olunan təsərrüfatlarda yayın sonu və payızda 1-2 yaşa qədər olan cavan atlar profilaktiki məqsədlə dehelmintizasiya olunmalıdır. Diktiokaulyozla xəstə atlarda çox hallarda ağ ciyərin kataral irinli iltihabı, sekundar infeksiya baş verdiyini nəzərə alaraq, antibiotiklər, sulfanilamid və digər uyğun preparat və vasitələrlə simptomatik müalicə aparılmalıdır.
ATLARIN PARAFİLYOZU Tip-Nemathelmintes
Sinf-Nemtoda
Ailə-Filariidae
Yarım dəstə-Filariata
Cins-Parafilaria
Növü-Multipapillosa Törədicisi Dəri və əzələarası toxumada parazitlik edən Parafilaria multipapillasınematodu, digər nematodlara nisbətən yoğun ağ rəngli qurddur. Erkəklərin uzunluğu 2,8-3 sm, eni isə 0,3 mm, dişilərin uzunluğu 4-6 sm, eni isə 0,4 mm-dir. El arasında” dəri yarası “ xəstəliyi də deyilir.
Biologiyası:Parafilyariya( parafilaria multipapilla) biohelmintdir. Onların inkişafında qansoran milçəklər ( Haematobia atripalpis) aralıq sahib kimi iştirak edirlər. Dərialtında parazitlik edən parafilyarilər dərini deşir və dəri üzərinə çıxan qana öz yumurtalarını qoyurlar. Yumurtalardan çıxan sürfələri milçəklər qanla udur və onların orqanizmində sürfə 10-15 gün inkişaf edib, milçək vasitəsiylə yenodən atın dərisi üzərinə düşür, sonra dəri altına keçir. Orada 12 aya qədər inkişaf edib, cinsi yetkin mərhələyə çatır.