I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi



Yüklə 180,23 Kb.
səhifə92/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   ...   88   89   90   91   92   93   94   95   ...   129
PARAZİTOL.-kitabı-son

Profilaktikası: Cavan heyvanları yaşlılardan ayrı saxlamaq, ildə 2 dəfə iyul-avqust aylarında və payızın sonunda profilaktik məqsədlə dehelmintizasiya aparmaq lazımdır.

ATLARIN ONXOSERKOZU
Tip-Nemathelmintes

Sinf-Nematoda

Ailə-Filariidae

Yarım dəstə-Filariata

Cins-Onchoerca

Növü-Retuculata

Növü-Cervicalis
Törədicisi: Atların ətraflarının bükülü vətərlərində,dəri altında, oynaq, boyun bağlarında parazitlik edən Onchocerca retuculataOnchocerca cervicalis adlanan nematodlardır. Olduqca nazik və uzun, erkəklərin ölçüsü 25-30sm, dişilərin uzunluğu isə 80 sm-dən 1 m-ə qədər olur. Ağımtıl rəngdə olurlar.

Biologiyası: Onxoserklərin inkişafında ağcaqanadlar(Culicoides növü) aralıq sahibi kimi iştirak edirlər.

Kliniki əlamətləri: Atların çiynində,çənəsində,boynunda,belində kiçik və böyük quş yumurtası böyüklükdə düyünlər olur. Bəzən düyünlər partlayır,irin axır. Ətraflarda,oynaq vətərlərində onxoserklər parazitlik etdikdə atlar axsayır, narahatlıq,arıqlama müşahidə edilir. Belə atlar çıxdaş edilir.

Diaqnozu:Dəyidə düyün yaraların olması və yaralarda sapşəkilli girdə qurdların tapılması əsasında diaqnoz qoyulur.

Müalicəsi: Bir sıra yeni nematodositpreparatlar ivomek,faskoverm və s. işlədilir. Düyün və açıq yaralarda cərrahi əməliyyatlar və simptomatik müalicə aparılmalıdır.

Profilaktikası:İnsektisid preparatlar işlətməklə atları ağcaqanadlardan qorumaq, onları gecə otarmaq lazımdır.


Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin