Epizootologiyası: Bitki aləmi ilbiz və karp balıqları ilə zəngin olan çay vadiləri və hövzələrə diyarlarda opistorxoz geniş yayılmışdır.
Kliniki əlamətləri:İştaha olmur,ishal,qəbizlik, arıqlama müşahidə edilir. Diaqnozu:Karpoloji müayinə ilə kalda, nəcisdə opistorxis yumurtalarını, ölmüş heyvanların qaraciyərində bu xırda trematodların Opisthorchis felineusun tapılması əsasında diaqnoz qoyulur.
Müalicəsi: İt, pişik və valyerdə olan xəzdərili və ətyeyən heyvanlara 1 kq diri çəkiyə 0,1 qr Dronsit preparatı yemlə verilir. Sorucu qurdlara-trematodlara qarşı olan digər preparatlar da işlədilə bilər.
Profilaktikası:Opistorxoz olan ərazilərdə it, pişik, xəzdərili heyvanlara çiy karp balıqları yem kimi verilməməli və yaxud onlar yaxşı qaynadıldıqdan sonra verilə bilər. Su mənbələrinin, itlərin və digər ətyeyənlərin kalı ilə çirklənməsinin qarşısı alınmalıdır.