İT VƏ XƏZDƏRİLİ HEYVANLARIN TENİİDOZLARI Tip-Plathelmintes
Sinf-Sestodiae
Ailə-Taeniidae
Cins-Taenia
Növ-Pisiformis
Növ-Hydatigena
Növ-Crassiceps
Növ-Krabbei
Növ-Tenuicollis
Törədicisi:Lentvari formada olmaqla 1 sm-dən 5 m-dək yüzlərlə buğumlardan ibarətdir. Bu tenidilərdən: Taeniya hydatigena, T.pisiformis,T.crassiceps, T.krabbei,T.tenniicollis-un sürfə mərhələləri insan və ev heyvanlarında xəstəli törədirlər.
Biologiyası: İt, canavar,xəzdərili heyvanlar, habelə ətyeyənlərin kalı ilə teniidilərin yumurta ilə dolu buğumları və yumurtaları xarici mühitə düşür. Gövşəyənlər və insanlar ot, su, tərəvəz ilə yumurtaları udduqda bağırsaqda yumurtadan çıxmış onkosferlər bağırsaq divarına keçir, orada limfa, qan vasitəsiylə orqanlara yayılırlar. Daxili orqanlarda teniidilərin sürfə formaları əmələ gəlir. Exinokokk sürfələri qaraciyər, ağciyərdə,incəboyun sistiserklər müsariqə pərdələrində parazitlik edirlər. Əsas definitiv sahiblər olan itlər və digər ətyeyən heyvanlar parazitin sürfə toxumaları ilə yoluxmuş orqanları (qara və ağciyər, beyin vəs.) yedikdə onların bağırsağında müxtəlif teniidilər 35-60-97 günə inkişaf edib, cinsi yetkin mərhələyə çatırlar.