Epizootologiyası: Bu xəstəlik quraqlıq səhra və yarımsəhra regionlarda yayılmışdır.
Kliniki əlamətləri: Xəstəlik mürəkkəb klinik əlamətlərlə özünü göstərir.
Diaqnoz: Kaproloji müayinə üsullarına əsasən ( Qorşkov üsulu) yumurtaların aşkar edilməsi əsas götürülür. ÖLmüş heyvanların qursağında Parabronema skrjabini nematodunun yetkin formasını tapmaq əsasdır. Parazitin sürfələrini aşkar etmək üçün qursağın bağırsağa keçən hissəsindən qaşıntı (skalpellə həmin hissə sıyrılır) götürüb. Bermanüsulu sürfələr aşkar edilir.
Müalicəsi: Fenitizain yetgin formaya və sürfələrə qarşı yüksək səmərə verir.Bu preparat daxililə aşağıdakı dozada verilir: Dəvələrə 0,5-0,6 q /kq; İBH-a 0,2-0,3q/kq; keçi və qoyunlara 1,0q/kq diri çəkiyə görə.
Profilaktikası: Bu xəstəliyə qarşı ildə 2 dəfə dehelmintizasiya aparılmalıdır.