Epizootologiyası: Əsasən isti diyarlarda, səhra və meşə səhra zonalarında yaluxma daha çox olur. Xəstəlik aprel ayından başlayır, iyul-avqustda daha yüksək həddə çatır. Əsasən 2 yaşdan yuxarı atlarda müşahidə edilir.
Kliniki əlamətləri: Atın, boyun,çiyin, bel nahiyyələrinin dərisində arıq yaralar, yaralardan qan axması, yaraların üzərinin qalın qartmaqla örtülməsi müşahidə edilir. İş atlarında yaralar tez-tez zədələndiyinə görə xəstəlik ağır keçir.
Diaqnozu: Kliniki əlamətləri və yaradan götürülmüş qan damlasında parafilyaria sürfələrinin tapılmasına əsasən qoyulur. Qan damlası mikroskopda müayinədən əvvəl distillə su ilə hemoliz edilməlidir.
Müalicəsi: Parafilaria multipapillasa nematodunu və sürfələrini məhv etmək üçün müalicə vasitəsi yoxdur, işlənməmişdir. Ancaq dəridə olan yaraları simptomatik olaraq müalicə etmək( müəyyən mazlar və s. ilə ) dəri üzərində olan qan axıntısından əmələ gələn qartmaq və çirkabı təmizləmək lazımdır.