Növü-Arnfieldi Törədicisi Dictyocaulusdıarnfiel bronxiollar ağ və ya sarımtıl rəngli girdə sapşə-killi helmintdir.Erkəklərin uzunluğu 25-30 mm, dişilərin uzunluğu isə 43-60 mm-dir.
Biologiyası: Diktiokaulyusların bronx və bronxiollarda qoyduqları yumurtalar bəlğəmlə ağız boşluğuna, sonra bağırsağa düşür. Burada yumurtadan sürfələr çıxır və kal ilə xaric olur. Sürfələr otlaqda 5-7 gün inkişaf edib, invazion formaya keçirlər. Atlar belə sürfələri otla, su ilə udduqda,onlar bağırsaq divarından limfa sistemi ilə qana, qan vasitəsiylə ağ ciyərə düşüb inkişaf edirlər. Ağ ciyərdə, bronxlarda inkişaf edib cinsi yetkin helmintə çevrilirlər.