Növü-Perfoliata Paranoplocephala mamillana törədicilərin lakalizasiyası nazik, kor və cənbər bağırsaq. Törədicisi bağırsaqda parazitlik edən 3 növ lentvari helmint sestodlardır.
1)Anoplocephala maqna nazik və yoğun bağırsağın əvvəlində parazitlik edir
2)Anoplocephala perfoliata kor və çənbər bağırsaqda yaşayır.
3)Anoplocephala mamillana nazik bağırsaqda parazitlik.
Biologiyası: Bu sestodlar biohelmintdirlər.Bunların inkişafında torpaqda yaşayan zirehli gənələr oribatidlər aralıq sahib iştirak edirlər.Bu gənələr:Gerotozetidae;No-tospididae;Liacaridae Galumnidae Grabodidae ailəsinə mənsubdurlar. Oribatid gənələri atların kalı ilə xaric olmuş qurdun yumurtalarını udur,onların orqanizmində parazitin sürfəsi 145-150 gün inkişaf edərək sistiserkoid adlanan sürfələrə çevrilirlər. Atlar sistiserkoidlərlə yoluxmuş oribatid gənələrini otla-yemlə udduqda yoluxurlar. Atların bağırsağında parazitlərin tam inkişafı 1-1,5 aya başa çatır.