Epizootologiyası: Strongilidlər bütün zonalarda yayılmışdır. Baytarlıq-sanitariya tədbirləri aşağı səviyyədə olan təsərrüfatlarda atlar daha çox yoluxurlar. Yoluxma yaz,yay və payızda geniş vüsət alır. Lakin xəstəlik payız-qış aylarında da müşahidə edilir.
Diaqnozu: Fülleborn üsulu ilə kaproloji müayinə əsasında bu nematodun yumurtalarının fekalda tapılmasına və kliniki əlamətlərə görə müəyyən edilir. Ölmüş atlarda diaqnoz müsariqə qan damarlarında olan trombların olması və onlarda sürfələrin olması, həmçinin yoğun və kor bağırsaqlarda yetkin strongilyatlar tapılır.
Müalicəsi: Fenbendazol, febentel,menebvet,piparazin təlimata uyğun tətbiq edilir.
Profilaktika:Vaxtaşırı otlaq sahələrini dəyişmək,fermada baytarlıq-sanitariya həyəta keçirmək,peyini toplayıb zərərsizləşdirmək lazımdır. Yaz-yay və payızda dehelmintizasiya aparılmalıdır.