I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Müəssisə və obyektlərdə yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsi nəyə əsasən aparılır?



Yüklə 493,24 Kb.
səhifə177/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   173   174   175   176   177   178   179   180   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Müəssisə və obyektlərdə yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsi nəyə əsasən aparılır?

Müəssisə və obyektlərdə yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsi FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətindən alınmış razılıq əsasında həyata keçirilir.
V BÖLMƏ
YÜKQALDIRMA MEXANİZMLƏRİ, TƏHLÜKƏLİ YÜKLƏRİN DAŞINMASI, TƏHLÜKƏ POTENSİALLI OBYEKTLƏR VƏ TƏZYİQ ALTINDA İŞLƏYƏN QABLARIN İSTİSMARI ZAMANI TƏHLÜKƏSİZLİK QAYDALARI HAQQINDA
I FƏSİL
YÜKQALDIRMA MEXANİZMLƏRİ HAQQINDA



  1. Yük qaldırıcı mexanizmlərin qeydiyyatı və onların işə buraxılması üçün icazənin verilməsi qaydaları?

FHN-nin Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarət Dövlət Agentliyində qeydiyyatda olan və ya qeydiyyatdan keçməsi nəzərdə tutulan yükqaldırıcı maşınların işə buraxılmasına icazə aşağıdakı hallarda alınır:

  • Yeni qeydiyyatdan keçmiş kranı işə salmazdan əvvəl.

  • Kranın başqa yerə köçürülməsi ilə əlaqədar olaraq quraşdırma işlərindən sonra.

  • Kranın rekonstruksiyasının əsaslı təmirindən sonra.

Kranın işə salınmasına “Dövdağtexnəzarət” komitəsinin müfəttişinin nəzarət yoxlamasının və kran sahibinin apardığı texniki yoxlamanın nəticələri əsasında verilir. Bunun üçün 5 gün əvvəl müfəttiş xəbərdar edilməlidir. Müəssisə tərəfindən kranın texniki vəziyyəti yoxlanılır və nəticə barədə kranın pasportunda qeydiyyat aparılır. Bundan sonra özü hərəkət edən oxlu kranın işə salınmasına nəzarət orqanları tərəfindən icazə verilir. Kranın istismarına icazə pasportda qeyd olunur.

  1. Yük qaldırıcı mexanizmlərin texniki sınağının aparılması müddəti, növləri və cavabdeh şəxslər?

Texniki vəziyyətin yoxlanmasında məqsəd yükqaldırıcı mexanizmlərin sazlığını yoxlamaq, onların müasir normaların tələblərinə cavab verməsini müəyyənləşdirməkdən ibarətdir. Texniki vəziyyətin yoxlanılması 12 aydan bir, çox az hallarda istifadə olunan kranlar isə 3 ildən bir “Dövdağtexnəzarət” komitəsi nümayəndəsinin iştirakı ilə aparılır. Texniki vəziyyətin yoxlanmasının statik və dinamik növləri vardır. Kranlar aşağıda göstərilən hallarda növbədənkənar texniki yoxlamadan keçirilir.

  • kranın konstruksiyasının əsaslı təmirindən sonra;

  • metal konstruksiyasının əsaslı təmirindən sonra;

  • yükqaldırma mexanizminin dəyişdirilməsindən sonra.

Yükqaldırma mexanizmlərin istismarına istehsalatın (sexin) mexanikləri və elektrikləri cavabdehdir.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin