I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Yol verilən axıntı həddi nədir (YVAH)?



Yüklə 493,24 Kb.
səhifə198/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   194   195   196   197   198   199   200   201   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Yol verilən axıntı həddi nədir (YVAH)?

Müəssisənin fəaliyyəti zamanı ətraf mühitə axıdılan tullantıların tərkibindəki çirkləndirici maddələrin razılaşdırılmış maksimal həddi yol verilən axıntı həddidir.

  1. Ekoloji təbliğat nədir?

Ekoloji təbliğat əhali arasında ekoloji mədəniyyətin formalaşdırılmasına yönəldilən maarifləndirmə fəaliyyəti sistemidir.

  1. Ətraf mühitin mühafizəsi necə tənzimlənir?

Ətraf mühitin mühafizəsi ətraf mühitin və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində qanunvericilik aktları, Azərbaycan Respublikası prezidentinin sərəncamları, Nazirlər Kabinetinin qərarları, müvafiq icra hakimiyyəti orqanlarının normativ təlimatları və metodik göstərişləri ilə tənzimlənir.

  1. Ekoloji təhlükəsizlik nədir?

Ekoloji təhlükəsizlik dedikdə insanın və cəmiyyətin həyati vacib maraqlarının, ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsi başa düşülür.

  1. Hidrosfer nədir?

Yerin su qatı hidrosfer adlanır.

  1. Bəşəriyyətin qlobal ekoloji problemləri hansılardır?

Ozon dəliklərinin genişlənməsi, səhralaşma, meşə sahələrinin kəskin surətdə azalması bəşəriyyətin qlobal ekoloji problemləridir.

  1. İstixana effekti nədir?

Çirklənmiş hava qatının yer səthinə gələn radiasiya şüalarının asanlıqla buraxması, yer səthindən qayıdan istiliyin qarşısının alınması İstixana effekti yaradır.

  1. Atmosfer havasının transsərhəd çirklənməsi nədir?

Atmosfer havasının transsərhəd çirklənməsi bir dövlətin ərazisində yerləşən zərərli maddələrin yayılması nəticəsində digər ölkənin atmosfer havasının çirklənməsidir.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin