Futluyara salınmış yeraltı qaz kəmərlərində qaynaq tikişi futluyarın qurtaracağından ən azı hansı məsafədə ola bilər?
Futluyara salınmış yeraltı qaz kəmərlərinin qaynaq tikişindən futluyarın qurtaracağına qədər məsafə 100mm-dən az olmamalıdır.
Küçə xətlərindən ayrılıqda inşa edilmiş şərti diametri 100 mm-ə qədər olan yeraltı aşağı təzyiqli məhəllədaxili qaz kəmərləri və onlara birləşdirilən qolların kipliyə sınağı hansı müddətdə və təzyiqdə həyata keçirilir ?
Küçə xətlərindən ayrılıqda inşa edilmiş şərti diametri 100 mm-ə qədər olan yeraltı aşağı təzyiqli məhəllədaxili qaz kəmərləri və onlara birləşdirilən qolların kipliyə sınağı 3 saat müddətdə və 1 atm təzyiq altında aparılır.
Küçə xətlərindən ayrılıqda inşa edilmiş şərti diametri 100 mm-ə qədər olan yerüstü aşağı təzyiqli məhəllədaxili qaz kəmərləri və onlara birləşdirilən qolların kipliyə sınağı hansı müddətdə və təzyiqdə həyata keçirilir ?
Küçə xətlərindən ayrılıqda inşa edilmiş şərti diametri 100 mm-ə qədər olan yerüstü aşağı təzyiqli məhəllədaxili qaz kəmərləri və onlara birləşdirilən qolların kipliyə sınağı 0,5 saat müddətdə və 0,1 atm təzyiq altında aparılır
Küçə xətlərindən ayrılıqda inşa edilmiş şərti diametri 100 mm-ə qədər olan yeraltı aşağı təzyiqli məhəllədaxili qaz kəmərləri və onlara birləşdirilən qolların möhkəmliyə sınağı hansı müddətdə və təzyiqdə həyata keçirilir ? (CHИП 3.05.02-88)
Küçə xətlərindən ayrılıqda inşa edilmiş şərti diametri 100 mm -ə qədər olan yeraltı aşağı təzyiqli məhəllədaxili qaz kəmərləri və onlara birləşdirilən qolların möhkəmliyə sınağı 1 saat müddətdə və 3 atm təzyiq altında aparılır
Küçə xətlərindən ayrılıqda inşa edilmiş şərti diametri 100 mm-ə qədər olan yerüstü aşağı təzyiqli məhəllədaxili qaz kəmərləri və onlara birləşdirilən qolların möhkəmliyə sınağı hansı müddətdə və təzyiqdə həyata keçirilir ?
Küçə xətlərindən ayrılıqda inşa edilmiş şərti diametri 100 mm-ə qədər olan yerüstü aşağı təzyiqli məhəllədaxili qaz kəmərləri və onlara birləşdirilən qolların möhkəmliyə sınağı 1 saat müddətdə və 1 atm təzyiq altında aparılır.