I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat



Yüklə 493,24 Kb.
səhifə36/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   32   33   34   35   36   37   38   39   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qaz kə­mər­lərinin və onun qurğularının üfürülməsi və sınağının qaz vasitəsilə aparılması zamanı hansı tələblərə riayət edilməlidir?

Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qaz kə­mər­lərinin və onun qurğularının üfürülməsi və sınağı qaz vasitəsilə aparıldığı halda, tikinti təşkilatı, göstərilən işləri təhlükəsiz yerinə yetirmək üçün sifarişçi ilə razılaşdırılmış təlimatı Azərbaycan Respublikası FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə və Dövlət Qaz Nəzarəti İdarəsinə təqdim edərək onlardan rəsmi icazə almalıdır.

  1. Yeni tikilmiş qaz kəmərlərinin istismarda olan qaz kəmərlərinə qoşulması üzrə işlərin aparılmasına hazırlaşarkən hansı tədbirlər həyata keçirilməlidir?

  • istismarda olan və yeni tikilmiş qaz kəmərlərinin texniki sənədləri, pasportları və icra cizgilərinin mövcudluğunun yox­lanılması;

  • yeni tikilmiş qaz kəmərlərinin və quraşdırılmış qaz ava­dan­lıqlarının pasportu, sertifikatı və sair, eləcə də qaz kəmər­lərinin korroziyadan elektrik mühafizə qurğularının vəziyyətinin yoxlanılması;

  • qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarının tələblərinə əsasən işin təhlükəsiz görülməsi üzrə müvafiq iş planının hazırlanması;

  • qoşulma düyünlərinin eskizinin (sxeminin) tərtib edilməsi;

  • işin təhlükəsiz aparılması üçün lazımi avadanlıqların, ma­terialların, alətlərin və mühafizə, xilasetmə, yanğından mühafizə vasitələrinin (əleyhqaz, tibbi apteçka, mühafizə kəməri və sair) tələb olunan sayda və saz vəziyyətdə hazırlanması;

Texniki sənədlərin hazırlanması, qoşulma düyünlərinin eskiz­lərinin (sxeminin) tərtib edilməsi, qaz kəmərinin qoşulması üzrə qaz təhlükəli işlərin yerinə yetirilməsinə tapşırıq verən şəxsin göstərişi nəzərə alınmaqla, Qaz təchizatı müəssisəsinin mütəxəssisləri tərəfindən yerinə yetirilir.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin