Sağ qaynaq üsulunda alov yandırıcısı hansı istiqamətdə hərəkət etdirilir?
Sağ qaynaq üsulunda alov yandırıcısı Soldan sağa istiqamətində hərəkət etdirilir.
Lehimləmə zamanı əsas metal əridilirmi?
Lehimləmə zamanı əsas metal əridilmir.
Qaz qaynağında yandırıcı qaz olaraq aşağıdakılardan hansılar sayılır?
Qaz qaynağında Oksigen yandırıcı qaz sayılır.
Asetilen generatorları tiplərinə görə neçə qrupa bölünür?
Asetilen generatorları tiplərinə 2 (iki) qrupa bölünür. Quruluş tipinə görə stasionar və səyyar (daşına bilən). Stasionar tipli generatorların məhsuldarlığı 3 m3/saat olur.
Balonlara doldurulmuş qazların təzyiqi nə vasitəsi ilə tənzimlənir?
Balonlara doldurulmuş qazların təzyiqi Reduktor vasitəsi ilə tənzimlənir.
Texniki oksigen qazı təmizlik dərəcəsinə görə neçə çeşiddə istehsal olunur?
Texniki oksigen qazı təmizlik dərəcəsinə görə 3 (üç) çeşiddə istehsal olunur.
1 - ci çeşidli oksigen – tərkibində azı 99,7 o/o xalis oksigen vardır.
2 - ci çeşidli oksigen – tərkibində azı 99,5 o/o xalis oksigen vardır.
3 - cü çeşidli oksigen – tərkibində azı 99,2 o/o (həcmcə) xalis oksigen vardır.
Kalsium-karbid parçalarının ölçülərinə görə neçə cürə çeşidlənir?
Kalsium-karbid parçalarının ölçülərinə görə 4 cürə çeşidlənir.
2x8
8x15
15x25
25x80
Texniki asetilen hansı QOST-un tələblərinə cavab verməlidir?