Qaz qaynaq işləri zamanı şlanqlar nədən qorunmalıdır?
Şlanqlar yüksək temperaturun təsirindən və mexaniki zədələnmədən qorunmalıdır.
Qaynaq işləri zamanı odluq həddən artıq qızarsa nə edilməlidir?
Odluğu söndürüb su ilə soytmaq lazımdır.
Qaz qaynağı zamanı asetilen generatorundan, oksigen balonlarından, şlanqlardan, qaz xətlərindən və lil çalalarından neçə metr məsafədə siqaret çəkmək və açıq alovdan istifadə etmək qadağandır?
10 m-dən az məsafədə siqaret çəkmək və açıq alovdan istifadə etmək qadağandır.
Kameranın sayına görə təzyiq nizamlayıcıları necə olur?
Kameranın sayına görə təzyiq nizamlayıcıları 1 və 2 olur.
Oksigen qaz təzyiq nizamlayıcısında neçə ədəd manometr olur?
Oksigen qaz təzyiq nizamlayıcısında 2 ədəd manometr olur.
Asetilen qaz təzyiq nizamlayıcısında manometrin sayı nə qədərdir?
Asetilen qaz təzyiq nizamlayıcısında 2 ədəd manometr olur.
Kiçik odluqlar üçün şlanqın diametri nə qədərdir?
Kiçik odluqlar üçün şlanqın diametri 5,5 mm-dir.
Adi odluqlar üçün şlanqın diametri neçə mm-dir?
Adi odluqlar üçün şlanqın diametri 9,5 mm-dir.
Kəskilər üçün şlanqın diametri neçə mm-dir?
Kəskilər üçün şlanqın diametri 17,5 mm-dir.
Şlanqlar iş yerlərində ayda neçə dəfə suya salınıb kipliyə yoxlanmalıdır?
Şlanqlar iş yerlərində ayda 1 dəfə suya salınıb kipliyə yoxlanmalıdır.
Qazı odluğa və kəskiyə çatdırmaq üçün hansı növ şlanqdan istifadə olunur?
Qazı odluğa və kəskiyə çatdırmaq üçün vulkanlaşdırılmış, kətan araqatlı rezindən hazırlanmış xüsusi şlanqlardan istifadə olunur.