Sol qaynaq üsulunda alov yandırıcısı hansı istiqamətdə hərəkət etdirilir?
Sol qaynaq üsulunda alov yandırıcısı sağdan sola istiqamətində hərəkət etdirilir.
Qaz qaynaq üsulu qalınlığı neçə mm-ə kimi metalların qaynağı üçün sərfəli sayılır?
Qaz qaynaq üsulu qalınlığı 2 - 4 mm-ə kimi metalların qaynağı üçün sərfəli sayılır.
Yumuşaq lehim ərintiləri hansılardır?
Qalay və qurğuşun yumuşaq lehim ərintiləridir.
Sağ qaynaq üsulunda alov yandırıcısı ilə elektrod məftilinin hərəkət ardıcıllığını göstər?
Əvvəlcə alov yandırıcısı və arxasınca elektrod məftili ardıcıllığı ilə olur.
Qoruyucu qazlar mühütündə qaynaq üsulunun üstünlükəri hansılardır?
Qoruyucu qazlar mühütündə qaynaq üsulunun üstünlükəri yüksək keyfiyyətli qaynaq tikişinin alınması və prosesin bütün vəziyyətlərdə aparılmasının mümkün olmasıdır.
Asetilen və oksigen alovunda maksimum temperatur hansı zonada yaranır?
Asetilen və oksigen alovunda maksimum temperatur bərpaedici zonada yaranır.
Metal və ərintilərin qaynaqlanma qabiliyyətinə əsas təsir edən element hansıdır?
Metal və ərintilərin qaynaqlanma qabiliyyətinə əsas təsir edən element Karbondur.
Qaz qaynağı aparılan yerdə neçə ədəd oksigen balonunun saxlanılması qadağan deyil?
Qaz qaynağı aparılan yerdə 2 (iki) ədəd oksigen balonunun saxlanılması qadağan deyil.
Asetilen generatoru kalsium karbid ilə doldurulduqdan sonra, odluğu yandırmamışdan əvvəl nə edilməlidir?
Qazqolder və şlanqlardakı havanı şlanqlarda olan qazlarla üfürmək lazımdır.