Ölçü qovşaqları və ya sayğacların Dövlət yoxlanışı hansı müddətdən bir aparılmalıdır?
Ölçü qovşaqları və ya sayğacların Dövlət yoxlanışı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin müəyyən etdiyi müddətlərdə aparılmalıdır.
Ölçü qovşaqları və ya sayğacların Dövlət yoxlanışından keçirilməsi hansı təşkilatın səlahiyyətlərindədir?
Qaz sərfini qeydə almaq üçün tətbiq edilən müxtəlif növ sayğaclar və sərfölçənlər Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən yoxlanılmalı və plomblanmalıdır.
Qaz təchizatı müəssisəsi işçilərinin qaz ölçü cihazlarına günün hansı vaxtlarında baxış keçirə bilər?
Qaz istehlakçıları günün bütün vaxtlarında Qaz təchizatı müəssisəsi işçilərinin qaz ölçü cihazlarına baxış keçirməsini təmin etməlidir.
İstehlakçıların qaz sərfini ölçmə cihazları müvəqqəti (az müddətdə) fəaliyyət göstərmədikdə qazın həcmi necə təyin edilir?
İstehlakçıların qaz sərfini ölçmə cihazları müvəqqəti (az müddətdə) fəaliyyət göstərmədikdə və ya nasaz olduqda, eləcə də sayğaclarda Dövlət yoxlama damğası olmadıqda, sərf olunan qazın qeydə alınması müəssisənin sayğacsız işlədiyi vaxt ərzində, qaz istifadə edən qurğuların ümumi məhsuldarlığı ilə müəyyən edilir.
İstehlakçıların qaz sərfinin qeydiyyatı necə aparılmalıdır?
Ay ərzində 100 min kub metrdən artıq qaz istifadə edən istehlakçıların qaz sərfinin qeydiyyatı gündəlik aparılmalıdır. Aylıq qaz sərfi 100 min kub metr və az olan yaşayış məntəqələri, müəssisələr, idarələr, istilik qazanxanaları və fərdi istixanalar üzrə qaz sərfinin çıxarışı təsdiq olunmuş qrafikə uyğun olaraq ayda bir dəfə aparılır.
Qaz kəmərində təzyiq və kəmərin en kəsiyinə görə qaz axını sərfi necə hesablanır?
Qaz kəməri borusunun en kəsiyinə və təzyiqə görə qaz axını sərfi aşağıdakı düsturla hesablanır:
Q = 3600 x F x C m3/saat.
Burada: Q-qaz sərfi, m3/saat; F-qaz kəmərinin en kəsik sahəsi, m2
F = π x d2/4, m2
π = 3.14; d - borunun diametri, m; C - qaz kəmərində qazın surətidir, m/san.
C =0.65 √ 2g H/Y - burada Y - qazın xüsusi çəkisi = 0.7 kq/m3,
g - sərbəstdüşmə təcili = 9.81 m/san2, H - qaz kəmərində təzyiq düşküsü, mm. su süt.
Dostları ilə paylaş: |