I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Ölçü qovşaqları və ya sayğacların Dövlət yoxlanışı hansı müddətdən bir aparılmalıdır?



Yüklə 493,24 Kb.
səhifə88/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   84   85   86   87   88   89   90   91   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Ölçü qovşaqları və ya sayğacların Dövlət yoxlanışı hansı müddətdən bir aparılmalıdır?

Ölçü qovşaqları və ya sayğacların Dövlət yoxlanışı Azərbay­can Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin müəyyən etdiyi müddətlərdə aparıl­malıdır.

  1. Ölçü qovşaqları və ya sayğacların Dövlət yoxlanışından keçirilməsi hansı təşkilatın səlahiyyətlərindədir?

Qaz sərfini qeydə almaq üçün tətbiq edilən müxtəlif növ sayğaclar və sərfölçənlər Azərbaycan Respublikasının Stan­dartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərə­findən yoxlanılmalı və plomblanmalıdır.

  1. Qaz təc­hizatı müəssisəsi işçilərinin qaz ölçü cihazlarına günün hansı vaxtlarında baxış keçirə bilər?

Qaz istehlakçıları günün bütün vaxtlarında Qaz təc­hizatı müəssisəsi işçilərinin qaz ölçü cihazlarına baxış keçir­məsini təmin etməlidir.

  1. İstehlakçıların qaz sərfini ölçmə cihazları müvəqqəti (az müddətdə) fəaliyyət göstərmədikdə qazın həcmi necə təyin edilir?

İstehlakçıların qaz sərfini ölçmə cihazları müvəqqəti (az müddətdə) fəaliyyət göstərmədikdə və ya nasaz olduqda, eləcə də sayğaclarda Dövlət yoxlama damğası olmadıqda, sərf olunan qazın qeydə alınması müəssisənin sayğacsız işlədiyi vaxt ərzində, qaz istifadə edən qurğuların ümumi məhsuldarlığı ilə müəyyən edilir.

  1. İstehlakçıların qaz sərfinin qeydiyyatı necə aparılmalıdır?

Ay ərzində 100 min kub metrdən artıq qaz istifadə edən istehlakçıların qaz sərfinin qeydiyyatı gündəlik aparıl­malıdır. Aylıq qaz sərfi 100 min kub metr və az olan yaşayış məntəqələri, müəs­sisələr, idarələr, istilik qazanxanaları və fərdi istixanalar üzrə qaz sərfinin çıxarışı təsdiq olunmuş qrafikə uyğun olaraq ayda bir dəfə aparılır.

  1. Qaz kəmərində təzyiq və kəmərin en kəsiyinə görə qaz axını sərfi necə hesablanır?

Qaz kəməri borusunun en kəsiyinə və təzyiqə görə qaz axını sərfi aşağıdakı düsturla hesablanır:
Q = 3600 x F x C m3/saat.
Burada: Q-qaz sərfi, m3/saat; F-qaz kəmərinin en kəsik sahəsi, m2
F = π x d2/4, m2
π = 3.14; d - borunun diametri, m; C - qaz kəmərində qazın surətidir, m/san.
C =0.65 √ 2g H/Y - burada Y - qazın xüsusi çəkisi = 0.7 kq/m3,
g - sərbəstdüşmə təcili = 9.81 m/san2, H - qaz kəmərində təzyiq düşküsü, mm. su süt.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin