I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Metroloqun əsas vəzifəsi nədir?



Yüklə 493,24 Kb.
səhifə91/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   87   88   89   90   91   92   93   94   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Metroloqun əsas vəzifəsi nədir?

Qaz təsərrüfatında istifadə olunan ölçü vasitələrinə metroloji nəzarəti, o cümlədən onların vəziyyətini, iş şəraitini və göstəricilərinin düzgünlüyünü müşahidə etmək və yoxlanmalarını təmin etmək.

  1. Dövlət reyesteri nədir?

Respublika ərazisində istifadəsinə icazə verilmiş ölçmə vasitələrinin siyahısı.

  1. Temperatur nədir?

Temperatur, maddənin istilik vəziyyətinin ölçüsüdür. Temperatur dəyişdikdə maddənin xassəsi dəyişir.

  1. Termometr nədir?

Maddənin temperaturunu ölçmək üçün cihazlardır. Mayeli (civəli), spirtli, rəqəmli və s. formalarda olur.

  1. Manometrlərin hansı diapazonda istismarı tövsiyə olunur?

Göstəricisinin 3/1 ÷ 3/2 diapazonunda.

  1. Qaz təzyiq tənzimləyicilərinin təyinatı nədir?

Təzyiqin aşağı salınması və verilmiş həddə saxlanması üçün tətbiq olunan qurğu.

  1. Qazın təzyiqi nədir?

Borulardakı qazlar həmin boruların səthinə müəyyən miqdarda təzyiq göstərir ki, bu da təzyiq qüvvəsi adlanır. Vahid sahəyə düşən qüvvənin həmin sahəyə təsir qüvəssinə nisbətinə qazların təzyiqi deyilir.
P = F/S = N/m2 = Pa.
burada, P-təzyiq, F-qüvvə. S-səthin sahəsi.

  1. Nisbi xəta nədir?

Nisbi xəta cihazın mütləq xətasının ölçmədən alınan qiymətə nisbətinin faizlə ifadəsidir.



  1. Atmosfer təzyiqi nədir?

Yer kürəsinin havadan ibarət olan atmosfer qatı yerə müxtəlif qiymət hədlərində (80kPa (600mm.c.s) - 106kPa (795mm.c.s)) təzyiq göstərir. Normal atmosfer təzyiqi 00C temperaturda 760 mm.civə sütunudur (101325 Pa, 10332 mm.su sütunu, 1,0332 kqq/sm2, 1,0332bar). Dəniz səviyyəsindən yuxarı qalxdıqca hər 12 metrdən bir havanın sıxlığı azalır atmosfer təzyiqi 1mm.civə sütunu (133,3Pa) azalır.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin