İzafi təzyiq nədir?
Atmosfer təzyiqini üstələyən təzyiq izafi təzyiq adlanır.
Mütləq təzyiq nə deməkdir?
Sıfırdan ölçülən təzyiq mütləq təzyiq adlanır. Mütləq təzyiq atmosfer təzyiqi ilə izafi təzyiqin cəmidir. Pmütləq = Patm + Pizafi.
Təftiş yoxlaması nədir?
Ölçmə vasitələrinin istismara yararlılığını təyin etmək üçün səlahiyyətli təşkilatlar tərəfindən aparılan yoxlamalardır.
Şəhər qaz kəmərlərinin təzyiqə görə təsnifatı hansılardır?
Aşağı təzyiqli 0,05 kq/sm2-qədər, orta təzyiqli 0,05 – 3,0 kq/sm2, yüksək təzyiqli 3 – 6 kq/sm2, xüsusi hallarda 1,2 MPa qaz kəmərlərinə ayrılır.
Ölçü qovşağında olçü borusunun diametri hansı diapazonda tətbiq olunur?
mm ≤ D ≤ 1000 mm
Manometrlə nəyi ölçürlər?
Atmosfer təzyiqindən yüksək təzyiqlər (izafi) manometrlər vasitəsilə ölçülür.
Qazın sıxlığı nədir?
Vahid həcmə düşən qazın kütləsidir (kq/m3).
Flyans birləşmələri üçün hansı araqatlardan istifadə olunur?
Paronit, yağa-benzinə davamlı rezin, alüminium, mis araqatlar.
Respublika ərazisində normal şəraitin qiyməti ?
Respublika ərazisində normal şərait kimi 0oC (273,15K), 760 mm civə süt. (101,325 kPa), 0 nəmlik qəbul olunmuşdur.
Ölçü qovşağında daraldıcı qurğu (diafraqma) nə üçün tətbiq olunur?
Təzyiqlər fərqi yaratmaq üçün.
Daraldıcı qurğunun dəliyinin ən aşağı ölçüsü nə qədərdir?
d ≥ 12,5 mm
Dostları ilə paylaş: |