I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Müəssisə və təşkilatların sayğaclarına texniki xidmət necə həyata keçirilir?



Yüklə 493,24 Kb.
səhifə89/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   85   86   87   88   89   90   91   92   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Müəssisə və təşkilatların sayğaclarına texniki xidmət necə həyata keçirilir?

Müəssisə və təşkilatların sayğaclarına texniki xidməti müəssisə sahibləri və ya müqavilə əsasında Qaz təchizatı müəssisəsi tərəfindən istehsalçı zavodun təlimatına uyğun olaraq (ildə 1 dəfədən gec olmayaraq) aparıla bilər.

  1. Çox mənzilli binalarda və fərdi yaşayış evlərində məişət qaz sayğacları hansı hündürlükdə quraşdırılmalıdır?

Çox mənzilli binalarda və fərdi yaşayış evlərində məişət qaz sayğacları 1,6 – 1,8 metr hündürlükdə quraşdırılmalıdır.

  1. Qaz paylayıcısı hansı hallarda istehlakçıya qazın verilməsinin dayandırılacağı barədə yazılı bildiriş göndərə bilər?

Qaz paylayıcısı aşağıdakı hallarda İstehlakçıya qazın verilməsini dayandıra bilər:

  • İstehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

  • Təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;

  • İstehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;

  • Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya Payalayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədikdə;

  • Paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda;

  • Məhkəmənin qərarı ilə;

İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərilə bilər.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin