I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Plastik kütlə borularının qaynaq rejim parametrləri hansılardır?



Yüklə 493,24 Kb.
səhifə85/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   81   82   83   84   85   86   87   88   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Plastik kütlə borularının qaynaq rejim parametrləri hansılardır?

Plastik kütlə borularının qaynaq rejim parametrləri qızdırılma temperaturu, qızdırma müddəti, oturtma təzyiqi və soyuma müddətidir.

  1. Qaynaq tikişlərində hansı vəziyyətdə yerləşən qüsurlar daha təhlükəlidir?

Qaynaq tikişlərində Gərilmə qüvvələrinə perependikuliyar yerləşən qüsurlar daha təhlükəlidir.

  1. Çöl şəraitində borular xəndəyin harasında qaynaqlanırlar?

Çöl şəraitində borular xəndəyin kənarında qaynaqlanırlar.

  1. Qaynaq birləşməsində hansı qüsur əmələ gələ bilər?

Qaynaq birləşməsində məsaməlik, bitişməzlik, batıqlar, termostruktur dəyişməsi qüsurları əmələ gələ bilər.

  1. İzi qalmayan qaynaq üsulu hansıdır?

Ultrasəslə edilən qaynaq izi qalmayan qaynaq üsuludur.

II BÖLMƏ
QAZIN ALQI-SATQISI, ÖLÇÜ VASİTƏLƏRİ və QAZ TƏSƏRRÜFATI MÜƏSSİSƏLƏRİNDƏ QAZ SƏRFİ və QAZPAYLAYICI ŞƏBƏKƏLƏRDƏ TEXNİKİ İTKİLƏRİN TƏYİN OLUNMASI METODİKASI HAQQINDA


I FƏSİL
QAZIN ALQI-SATQISI HAQQINDA



  1. Ölkə ərazisində təbii qazın alqı-satqısı necə tənzimlənir?

Ölkə ərazisində təbii qazın alqı-satqısı "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə tənzimlənir. Bu qaydalar qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini müəyyən edir.

  1. Qaz paylayıcısı kimdir?

Qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçıların qoşulduğu qazpaylayıcı boru və qurğu şəbəkəsi vasitəsilə qazın çatdırılmasını, satışını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir.
Qaz təhlükəli olduğu üçün onun buraxılması,tələblərə uyğun olaraq yerinə yetirilməlidir.Qaz kəmərlərinə, QPM-ə (Qaz paylayıcı məntəqə) və qazla işləyən obyektlərin qaz avadanlıqlarına qazın buraxılması üzrə işlərin qaz təsərrüfatı müəssisələrinin ixtisaslaşdırılmış işə buraxılma-sazlama təşkilatları tərəfindən (paylayıcılar. əmtəə operatorları) aparılmasına icazə verilir.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin