Su buxarı ilə doymamış qazı soyutduqda, onun nisbi nəmliyi artır, müəyyən temperaturda isə su buxarı ilə doymuş halda olur. Qazın soyumasının davam etdirilməsi, qazda olan su buxarının kondensasiya olunmasına-su damcılarına çevrilməsinə səbəb olur. Verilmiş təzyiqdə kondensasiyanın başlaması temperaturu - şeh nöqtəsi adlanır.
Respublika ərazisində hansı tip qaz sayğaclarından istifadə edilir?
Rotorlu
Turbinli
Diafraqmalı (membranlı).
Paronit (QOST 481) hansı təzyiqlərdə araqat kimi istifadə oluna bilər və qalınlığı?
Təzyiqi 1,6MPa (16kqq/sm2)-ya (daxil olmaqla) qədər olan qaz kəmərlərində birləşmələrin sıxılması üçün və 1-4 mm qalınlıqda Paronit araqat kimi istifadə oluna bilər.
Mütləq temperaturunun qiyməti hansıdır?
K= Co+ 273,16 - Mütləq temperaturunun qiymətidir.
25 oC-də mütləq temperaturun təyini qaydası və qiyməti ?
273,16 + 25 = 298,16.
Mütləq xəta nə deməkdir?
Cihazın bir bölgüsünün qiymətinin yarısıdır.
Borunun en kəsiyinin sahəsi təyini düsturu hansıdır?
πd2/4- Borunun en kəsiyinin sahəsi təyini düsturudur.
Daraldıcı qurğu (diafraqma) nədir?
Axan mühitin sərfiyyatını ölçmək üçün, daraldıcı qurğu vasitəsilə qaz boru kəmərləri ilə qaz axınının yerli daraldılması nəticəsində təzyiqlər fərqi yaradılır. Axının sərfiyyatının hesablanmasında əsas amillərdən biri olan təzyiqlər fərqi (∆p) nə qədər yüksəkdirsə axının sərfiyyatı bir o qədər yüksək olur və yaxud əksinə.