I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat



Yüklə 493,24 Kb.
səhifə86/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   82   83   84   85   86   87   88   89   ...   213
1000 sual - 1000 cavab 21.01.17

İstehlakçı kimdir?

Alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs istehlakçı adlanır.



  1. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi nəyə əsasən həyata keçirilir?

Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir.
Qaz paylayıcısı və istehlakçının müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir.

  1. Qazdan istifadə Qaydaları”nın tələblərinin yerinə yetirilməsinə dövlət nəzarəti hansı təşkilatlar tərəfindən həyata keçirilir?

“Qazdan istifadə Qaydaları”nın tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, texniki təhlükəsizlik sahəsi üzrə isə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirirlər.

  1. Qazpaylayıcısının əsas vəzifəsi nədir?

Qazpaylayıcısının əsas vəzifəsi qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində qaz şəbəkəsinin təhlükəsiz istismarını təmin etmək, ətraf mühitə ziyan vurmamaq, təbii qazdan istifadə edən bütün istehlakçıları fasiləsiz, keyfiyyətli və təhlükəsiz qaydada təbii qazla təchiz etməkdir.

  1. Qaz təsərrüfatında balans mənsubiyyəti sərhədi dedikdə nə başa düşülür?

Balans mənsubiyyəti sərhədi dedikdə qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi başa düşülməlidir.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin