Diafraqmanın dövrü dövlət yoxlamasından keçirilmə dövrü necədir?
İldə bir dəfədən az olmayaraq diafraqmanın dövrü dövlət yoxlamasından keçirilmə dövrüdür.
Korrektor (ölçü çeviricisi) nədir?
Ölçülən kəmiyyətin işlənməsi, saxlanması, sonrakı çevrilmələri, indikasiyası və ya ötürülməsi üçün əlverişli olan digər kəmiyyətə və ya ölçmə siqnalına çevirməyə yarayan normativ metroloji xarakteristikalara malik texniki vasitədir.
Ölçü diapazonu nədir?
Ölçmə diapazonunu aşağıdan və yuxarıdan (soldan və sağdan) məhdudlaşdıran kəmiyyət qiymətləri uyğun olaraq ölçmənin aşağı həddi və ya ölçmənin yuxarı həddi adlanır.
Kalibrlənmə nə deməkdir?
Kalibrlənmənin nəticələri, ölçmə vasitəsinin göstərdiyi ölçülən kəmiyyətin həqiqi qiymətini təyin etməyə və ya ölçmə vasitəsinin göstərişinə düzəliş etməyə və ya bu vasitələrin xətasını qiymətləndirməyə imkan verir.
Ölçmə vasitəsinin ilkin yoxlanması nə deməkdir?
Tipi təsdiq olunmuş ölçmə vasitələri istehsal olunduqdan, təmirdən çıxdıqdan və idxal olunduqda ilkin dövlət yoxlanmasından keçirilməlidirlər.
Təbii qazın özüalışma temperaturu hansıdır?
Təbii qazın özüalışma temperaturu 650 oC-dir.
Birləşdirici impuls xətlərinin daxili diametrinin minimal qiyməti neçədir?
Birləşdirici impuls xətlərinin daxili diametrinin minimal qiyməti 6 mm -dir.
G-4, G-6, G-10 markalı mexaniki qaz sayğacların nominal ölçü diapazonu neçə kub
metrdir?
G-4=4 m3
G-6=6 m3
G-10=10 m3.
Dövrü yoxlanma nədir?
İstismarda olan hər bir ölçmə vasitəsi Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş müddət ərzində dövrü yoxlanmadan keçirilməlidir. Dövrü dövlət yoxlanmasından keçməyən cihazların istismarı qadağandır. Yoxlamadan keçirilmiş cihazlara müvafiq yoxlama kleymoları vurulmalıdır.