İki ədəd düymə (üçkünc - İ simvolu yazılmış və dairəvi göy düymə).
Dairəvi göy düymə smart kart ilə bağlayıcı klapanın açılması üçün, üçkünc düymə isə displeydə əks olunan informasiyanı seçilib oxunması üçün nəzərdə tutulmuşdur.
Bundan başqa elektron blokun tərkibinə litium batareyası, smart kartı oxuyan rider daxildir. Hesablayıcı qurğunun 8 ədəd rəqəmləşdirilmiş barabanları sayğacdan keçən qazın həcmini göstərir ki, bunlardan 5 qara rolik - m3, 3 qırmızı rolik litrlə həcmi göstərir (1m3=1000 litr). Maye kristalik displey sayğacın vəziyyəti, qaz tarifləri və cari kredit barədə məlumatları göstərir.
Qaz sayğaclarının kreditlənmə proseduru və ehtiyat kreditinin istifadə qaydaları hansılardır?
Smart kart almış abonent xüsusi bank terminallarında, kartına müəyyən məbləğdə pul yüklədir.
Kartı sayğaca daxil etməzdən öncə abonent mənzilindəki bütün qaz cihazlarını söndürməli, xüsusən qaz plitələrinə qaz ötürən borulardakı kranları bağlamalıdır
Smart kart sayğacda yuvaya daxil edilir, müəyyən müddətdə sayğacdan 2 dəfə siqnal səsi gəldikdən sonra sayğacın üz panelindəki dairəvi göy rəngli düymə 5 saniyə müddətində basılı saxlanılır. Sayğac həmin anda sızmanı yoxlama rejiminə keçir və bu zaman sayğacın elektron lövhəsində görünən 190 rəqəmi geriyə doğru azalmağa başlayır. Pəncərədə 0 rəqəmi görünməyincə mənzildəki qaz cihazlarını işə salmaq olmaz. 190 saniyə bitdikdən sonra sayğacda xırıltılı səslə klapanın açılması prosesi başlayır. Səs kəsildikdə klapan tam açılmış sayılır. Əgər sızma yoxlanılan anda sayma yarımçıq dayanarsa bu o deməkdir ki, mənzildə sızma qeyd olunmuşdur. Sızma aradan qaldırılmayıncaya qədər sayğac klapanı açmayacaq. Abonentin sayğacında kredit məbləği olan halda təkrar məbləğ yükləmək üçün kartı yuvaya daxil etdikdən sonra göy düyməni basmaq kifayətdir. Ehtiyat kreditdən istifadə etmək üçün abonent smart kartını yuvaya daxil edir, göy rəngli dairəvi kredit düyməsini basaraq 1 manat məbləğində kredit almaq imkanına nail olur. Kredit ancaq sayğacda cari kredit məbləği tam bitdikdən sonra verilir