Kartdan məlumat oxuyan qurğunun (kart riderin) vəzifəsi nədir?
Kartdan məlumat oxuyan qurğu qaz sərfi üzrə ödəniş barədə məlumatı oxumaq və sayğacın göstəricilərinin abonentin kartına köçürmək üçün nəzərdə tutulmuşdur. Kart rider sayğacın istismarı vaxtı abonent tərəfindən ehtiyatla istismar edilməlidir. Onun işinin pozulması kreditləmə əməliyyatının pozulması deməkdir. Kart riderə sayğac üçün nəzərdə tutulmuş smart kartdan başqa kənar cisim salmaq qəti qadağandır.
Qazötürücü boru kəmərlərinin forması və qaz axınının xarakteristikası ?
Diafraqmalı qaz sayğaclarının normal fəaliyyəti üçün qazötürücü boru kəmərlərində sayğaclardan öncə və sonra düz sahənin olmasını tələb etmirlər. Sayğac bilavasitə süzgəcin (filtir) bağlayıcı kranın və ya qaz təzyiqi nizamlayıcısının (reduktor) yaxınlığında quraşdırıla bilər. Qaz axını stabil olmalı, fasiləsiz olmalı, təzyiqin aşağı qalxıb düşməsinə imkan verməmək lazımdır. Kipləşdirici ara qapıları (prokladka) elə hazırlanmalıdır ki, və elə yerləşdirilməlidir ki, onlar boru kəmərlərinin daxili diametrindən kənara çıxmamalı, sayğac birləşməsinin hermetikliyini təmin etmlidir.
3E sisteminin işləmə prinsipi necədir?
“Azəriqaz” İB-də tətbiq olunan İTRON firmasına məxsus 3E sistemi smart kartın tərtib olunması, qaz istifadəçiləri haqqında məlumatların sistemə daxil edilməsi, terminallarda hər bir abonentə öz smart kartına kredit ödənişlərinin təmin olunmasıni həyata keçirir.
3e Oracle məlumatlar sistemi üzərində qurulmuş proqram olub abonentlərin şəxsi məlumatlarının, habelə ödənişlərin məlumat bazasının yaradılması və sistemləşdirilməsi funksiyasını daşıyır. 3e sisteminin tərkibinə məlumat bazasını özündə birləşdirən server, terminallarda quraşdırılmış, xüsusi proqramla təchiz edilmiş kompüterlər və kart riderlər daxildir.
Smart kartın sistemdə rolu nədir ?
Smart kart abonentlə sayğac, abonentlə terminal arasında elektron ünsiyyət vasitəsidir. Hər bir qaz istifadəçisi özünə aid olan smart kartla xüsusi ödəmə terminalında müəyyən məbləğdə pul köçürməklə kredit yüklənməsini həyata keçirir. Bundan əlavə qaz sayğaclarının istismarı dövründə yarana biləcək mənfi nöqsanları smart kart vasitəsilə məlumat bazasına ötürmə imkanı vardır. Bu isə az vaxt ərzində heç bir məsafə qət etmədən istənilən abonentin ödənişləri və sayğacın texniki vəziyyəti barədə məlumat almağa, təhlil etməyə və nəticə çıxarmağa imkan verir.