İtron Smart sayğacın elektron ekranında 1 bölməsi nəyi bildirir?
İtron Smart sayğacın elektron ekranında 1 bölməsi saygacda cari vaxta qalan təbii qazın miqdarını m3 ilə bildirir.
İtron Smart Saygacların elektron ekranında 2 bölməsi nə deməkdir?
Smart saygacların elektron ekranında 2 bölməsi abonentin cari vaxta gədər ödədiyi məbləğin cəmini bildirir.
Smart saygaca verilən 1 azn ehtiyyat kredit tam yəni 10 m3 sərf olunanda sayğacın elektron ekranında hansı informasiya görsənir?
Sayğacın elektron ekranında “-10” informasiyası görsənir. Bu zaman sayğacın giriş klapanı bağlı olduguna gorə qaz təminatı smart karta müvafiq məbləg yükləndikdən sonra kredit məbləğini cıxmaq şərti ilə qaz təminatı bərpa olunur.
Smart tipli sayaclarda sarfiyyat göstərilən maksimal həddi kecdikdə nə baş verir ?
Smart tipli sayaclarda sarfiyyat göstərilən maksimal həddi aşdıqda saygac xususi siqnallar verməklə Sayğacın elektron ekranında ALARIM xəbərdarliqedici məlumat verərək giriş klapanını bağlıyaraq qaz təminatını dəyandırır.
Smart Saygaclarda elektron ekranda Allarım 1 yazısı olduqda bu nəyi bildirir ?
Bu yazı sayğacın batareya yuvasının açılmasını bildirir. Bu zaman məsul qaz işçiləri tərəfindən abonentin iştirakı ilə sayğaca, mənzildə olan cıhazlara, xətlərə baxış keçirilməli, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” nömrəli “AKT” tərtib olunmalı və yeni qaz sayğacı ilə əvəzlənməlidir. Bu növ sayğaclar növbədənkənar Dövlət yoxlamasından keçirilməli və digər müvafiq tədbirlər görülməlidirdir.
Smart Saygaclarda elektron ekranda Allarım 2 yazısı olduqda bu nəyi bildirir?
Bu yazı sayğacın batareya səviyyəsinin 30 faiz cıvarında qalmasını bildirir.